Azərbaycanın beynəlxalq aləmdəki uğurları artdıqca ölkəmizə olan inam və etimad da yüksəlir

Prezident İlham Əliyev: Bugünkü Azərbaycan reallıqları bir daha sübut edir ki, seçdiyimiz yol düz yoldur
Əvvəllər Azərbaycanın makroiqtisadi göstəricilərinin sürətlə artması, ümumi daxili məhsul istehsalında regionun lider ölkəsinə çevrilməsi, yoxsulluq və işsizliyin azadılması, bütün regionların inkişaf etdirilməsi istiqamətində qazandığı uğurlarla iftixar hissi keçirirdik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin məlum iclaslarında dönə- dönə qeyd edirdi ki, yaxın gələcəkdə ölkəmiz dünyanın aparıcı dövlətləri sırasında olacaq. Bu, dövlət başçısının uğurla davam etdirdiyi siyasi kursun gələcəyinə olan inam və etimadın təzahürü idi.
Bu gün Azərbayca BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi onun iclaslarına sədrlik edir. Bu illin əvvəlində Azərbaycanın nəhəng iqtisadi əməkdaşlıq təşkilatı olan "Böyük İyirmilərin" Meksikada keçirilən toplantısına dəvət alması da postsovet məkanı ölkələri üçün o qədər də əlçatan məqam deyildi. Dünyanın ən güclü iqtisadiyyata malik ölkələri ilə eyni qurumda təmsil olunmaq, planetin hansısa guşəsində yaşanan problemlərin aradan qaldırılmasında iştirak eləmək gənc müstəqil Azərbaycana göstərilən daha bir etimadır.
Keçən il dövlət müstəqilliyinin 20 illik yubileyini qeyd edən Azərbaycan Respublikası humanitar sahədə də möhtəşəm uğurlara imza atıb. Ölkəmizdəki həm dini, həm də milli toperantlıq dünya ölkələri üçün nümunə kimi göstərilir. Sivilizasiyalararası dialoqa töhfələr verilməsi istiqamətində regionda ilk və möhtəşəm addımları məhz Azərbaycan atıb. Ölkəmizdə Şərqlə Qərbin, islam dünyası ilə xristian aləminin təmsilçilərinin çoxsaylı görüşləri keçirilib və bu ənənə uğurla davam etdirilməkdədir. Dünyanın aparıcı beyin mərkəzləri mütəxəssislərinin Azərbaycanda bir araya gəlməsi təkcə ölkəmizin təşəbbüskarlığının nəticəsi deyil, həm də beynəlxalq aləmdə bizə olan inamın döstəricisidir.
YUNESKO - Azərbaycan əməkdaşlığının yüksək səviyyəyə qalxması da asanlıqla əldə edilmiş göstərici deyil. Bunun üçün dövlətin istəyi, dövlət başçısının iradəsi, bu işlə məşğul olan insanların vətəndaşlıq məsuliyyəti gərək idi. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva məhz bu keyfiyyətlərinə görə Azərbaycanın YUNESKO ilə olan əməkdaşlığını ali səviyyəyə çatdıra bilmişdir.
Bütün bu söylənilənlər haqqında yerli mətbuatda və dünyanın müxtəlif ölkələrini təmsil edən kütləvi informasiya vasitələrində dönə- dönə oxuyur və eşidirik. Ancaq may ayının əvvəllərində Prezident İlham Əliyev mətbuat vasitələrində yayılan iki nitqi ilə Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə növbəti dəfə çatdırmışdır. Əvvəla, mayın 4-də dövlətimizin başçısının sədrliyi ilə Nyu- Yorkda BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilmiş və Prezident İlham Əliyev həmin iclasdakı çıxışında Azərbaycan həqiqətlərinin bir çox istiqamətlərini gündəmə gətirmişdir.
Ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığa verdiyi önəm, terrorçuluğa və separatizmə qarşı aparılan birgə mübarizələrə rəsmi Bakının verdiyi töhfələr, eyni zamanda Azərbaycanın çoxsaylı erməni terrorlarından zərər çəkməsi kimi faktları dünya ictimaiyyətinin nəzərinə çatdıran Prezident xoş məramını növbəti dəfə ortaya qoymuşdur: " Biz birmənalı olaraq Təhlükəsizlik Şurasında sədrliyimiz zamanı böyük töhfəmizi verəcəyik. Mən BMT-dəki bütün dostlarımızı və üzv dövlətləri əmin edə bilərəm ki, Azərbaycan bütün ölkələr qarşısında etibarlı və dost tərəfdaş olacaqdır. Biz əməkdaşlıq və tərəfdaşlığımızı genişləndirmək istəyirik. Bu dəstəyə görə çox minnətdarıq".
Dövlət başçımızın ikinci nitqi isə Bakıda Heydər Əliyev Mərkəzinin açılması, ulu öndərin anadan olmasının 89-cu ildönümu və Heydər Əliyev Fondunun fəaliyyətə başlanmasının 8 illiyi münasibəti ilə keçirilən təntənəli mərasimdə söyləmişdir. Heydər Əliyev Mərkəzinin yaradılması ideyasının ortaya çıxmasından istifadəyə verilməsinədək keçən prosesləri yada salan Prezident 16 hektar ərazini əhatə edən kompleksin paytaxtımızın rəmzlərindən birinə çevrildiyini söyləmişdir.
Dövlət başçımız Qız qalası, Bakı bulvarı, Qobustan qoruğu, İçərişəhər və başqa ünvanları yada salaraq onların paytaxtımızın rəmzləri kimi qəbul edildiyini qeyd etmişdir. Ancaq bu sıraya yeniləri də əlavə olunur:
"Bayraq meydanı şəhərimizin, ölkəmizin müasir rəmzidir. Dünyanın ən böyük bayrağı və ən möhtəşəm Bayraq Meydanı Bakıdadır. Bu meydanın ərazisi 60 hektardır. Bu da möhtəşəm, nadir memarlıq abidəsidir, eyni zamanda, dövlətçiliyimizin rəmzidir. Yeni rəmzlərdən söhbət açarkən "Alov qüllələrini" qeyd etməliyəm. Bu da müasir, inkişaf edən Bakımızın rəmzidir. Yeni istismara verilən "Bakı Kristal Zalı" və nəhayət, Heydər Əliyev Mərkəzi. Bu binalar da Bakının müasir rəmzləridir. Əminən ki, Bakıya gələn hər bir vətəndaş, hər bir qonaq şəhərin qədim və müasir rəmzlərini görəcək, onlarla tanış olacaqdır."
Bakıya qonaqların gəlməsi prosesinə isə artıq start verilib. Avropanın ən möhtəşəm mahnı müsabiqələrindən olan "Eurovision-2012"-nin Bakıda keçirilməsi ölkəmizə üz tutan turist və qonaqların qat-qat artmasına səbəb olacaqdır. Bu istiqamətdə aparılan hazırlıq işlərinin miqyası belə deməyə əsas verir ki, 2012-ci ilin mayında Bakıda olmuş əcnəbi yenə buraya gəlmək istəyəcək, Azərbaycan reallıqlarını unuda bilməyəcəkdir.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında