Beynəlxalq Dağçılıq Federasiyasının sabiq prezidenti Bakıda səfərdədir

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının rəhbərliyinin dəvəti ilə Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) sabiq prezidenti Mayk Mortimer Bakıda səfərdədir.
Səfər proqramı çərçivəsində M.Mortimerin bir sıra rəsmi qurumların məsul şəxsləri ilə görüşlər keçirəcəyi, həmçinin yeni inşa olunmuş "ClimBaku" idman dırmanma mərkəzinin açılışında iştirak edəcəyi gözlənilir. Qeyd edək ki, M.Mortimer səfər zamanı Azərbaycanın, o cümlədən Bakının bir sıra görməli yerlərində olmuşdur. Eyni zamanda, qonaq FAİREX-in ofisində federasiyanın aktiv idmançıları ilə görüşüb. Xatırladaq ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası 2010-cu ilin əvvəlindən Beynəlxalq Dağçılıq Federasiyasının aktiv üzvüdür.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında