Cənub bölgəsində ulu öndər böyük qədirbilənliklə yad olunmuşdur

Ölkəmizin hər yerində olduğu kimi, cənub bölgəsinin rayonlarında da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə maraqlı tədbirlər keçirilmişdir.
MASALLI
Rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək ruhuna dərin ehtiramlarını bildirdilər. Sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq oldu.
Ulu öndərin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə keçirilən tədbirlər sırasında "Heydər Əliyev və dövlətçilik" mövzusunda konfrans xüsusilə yaddaqalan idi.
Konfransda rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov məruzə ilə çıxış etmişdir. O bildirmişdir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini yenidən əldə edən və tarixdən gələn dövlətçilik ənənələri üzərində bərqərar olan Azərbaycanın bəxti onda gətirdi ki, həmin dövrdə xalqımızın Heydər Əliyev kimi dünya şöhrətli böyük oğlu vardı. 1993-cü ildə xalqımızın başının üzərini qara buludların aldığı, müstəqil Azərbaycan dövlətinin yox olmaq təhlükəsi ilə üz-üzə dayandığı bir dövrdə xalq öz müdrik oğluna müraciət etdi. Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, müstəqil dövlət quruculuğu prosesi başlandı. Milli Ordunun formalaşdırılması, torpaqlarımızın müdafiəsi ilə bağlı mühüm addımlar atıldı, atəşkəsə nail olmaq üçün bütün siyasi, diplomatik vasitələr işə salındı və bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. Sonra "Əsrin müqaviləsi" imzalandı və gerçəkləşdirildi. Tədricən ölkəmiz davamlı inkişaf yolu ilə irəliləməyə başladı. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur. Dahi şəxsiyyətin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır.
Məruzəçi sonra demişdir ki, Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Heydər Əliyev ideyalarının layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi altında müstəqil dövlətimiz hazırda özünün yeni inkişaf və tərəqqi dövrünü yaşayır.
Məruzə ətrafında müzakirələrdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Prezident təqaüdçüsü Şirvan Əbilov, Təzə Alvadı uşaq bağçasının müdiri Göyçək Ələsgərova və başqaları çıxış edərək Heydər Əliyev irsinin ayrı-ayrı aspektlərindən danışmışlar.
Axşam isə Nizami adına parkda bayram konserti təqdim edilmişdir.
Astara
Ölkəmizin cənub qapısı sayılan Astarada da ulu öndərin anadan olmasının 89-cu ildönümü böyük təntənə ilə qeyd edilmişdir. Sübh tezdən minlərlə rayon sakini şəhərin mərkəzi meydanına toplaşmışdı. İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri əbədiyaşar liderin abidəsini ziyarət etmiş və önünə gül dəstələri qoymuşlar.
Ümumrayon kitab bayramında nümayiş etdirilən kitab sərgisi maraqla qarşılanmışdır. II Respublika dekorativ sənət müsabiqəsinin qalibi Şahxanım Zülfüqarovanın əl işləri ilə tanışlıq xoş təəssürat yaratmışdır.
Sonra Heydər Əliyev Mərkəzinə gələn tədbir iştirakçıları ulu öndərin şərəfli ömür yolunun, fəaliyyətinin ən müxtəlif məqamlarını əks etdirən eksponatlarla, sənəd və şəkillərlə tanış olmuşlar. Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının yeni inzibati binasında ildönümünə həsr olunmuş toplantı keçirilmişdir. Q.Ağayev toplantını açaraq ulu öndərin xalq, millət qarşısında misilsiz xidmətlərindən danışmış, onun zəngin irsinin əsl həyat məramımıza, fəaliyyət proqramımıza çevrildiyini vurğulamışdır.
Rayon təşkilatının sədri Natiq İbadov "Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" mövzusunda məruzə etmişdir. Toplantıda çıxış edən digər natiqlər ulu öndərin xidmətlərini, Astara rayonuna diqqət və qayğısını xatırlamışlar. Respublika müsabiqələrinin qaliblərinə fəxri fərman və hədiyyələr verilmişdir. Sonda YAP sıralarına yeni qəbul edilmiş gənclərə üzvlük biletləri təqdim olunmuşdur.
Günün ikinci yarısında incəsənət ustaları geniş konsert proqramı ilə çıxış etmişlər.
Kakalos kəndində ümummilli liderin adını daşıyan parkda Heydər Əliyevin büstünün açılışı da mərasim iştirakçılarına unudulmaz təsir bağışlamışdır. Natiqlər ulu öndərə ümumxalq məhəbbətindən danışmış, adi kənd yaşayış məntəqəsində abidəsinin ucaldılmasından hədsiz iftixar duyduqlarını dilə gətirmişlər. Sonra bayram konserti olmuşdur.
Lerik
Dağlar diyarının bütün idarə və təşkilatlarında, inzibati ərazi vahidlərində ulu öndərin anadan olmasının 89-cu ildönümü müxtəlif tədbirlərlə qeyd edilmişdir. Məktəblərdə Heydər Əliyev dərsləri keçirilmiş, inşa yazı müsabiqələri, idman yarışları təşkil olunmuşdur. Ziyarətçilər ulu öndərin adını daşıyan Mərkəzlə yaxından tanış olaraq örnək həyat və fəaliyyətinin ən maraqlı məqamlarına dair eksponat, şəkil və sənədlərə baxmış, film seyr etmiş, "dəyirmi masa"larda çıxışları dinləmişlər.
İldönümünə həsr olunmuş elmi-praktik konfransdan öncə rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri dahi şəxsiyyətin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül-çiçək düzmüşlər.
Konfransda icra hakimiyyətinin başçısı Rövşən Bağırov "Heydər Əliyev və müasir Azərbaycan dövlətçiliyi" mövzusunda geniş məruzə etmişdir. O demişdir ki, ulu öndər hələ sağlığında xalqın müstəqillik mübarizəsinə misilsiz töhfələri ilə canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz məhəbbətini qazanmışdır. Heydər Əliyev dövrü Azərbaycan tarixinin qızıl dövrü kimi tarixə düşmüşdür. 1993-cü ilin ictimai-siyasi və hərbi böhranla müşayiət olunan bir dövründə xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıdan ulu öndər əsl xilaskarlıq missiyasını həyata keçirmiş, Azərbaycanı düşdüyü bəlalardan qorumağı bacarmışdır. Dahi insanın qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. İndi həmin amallara, ideyalara çox böyük uğurla əməl olunur, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan irəliyə getməkdə davam edir.
Konfransda YAP Lerik rayon təşkilatı sədrinin müavini Elman Rəcəbovun, gənclər və idman idarəsinin rəisi Rövşən Rüstəmovun da məruzələri dinlənilmişdir. Bütün çıxışların ana xətti ondan ibarət olmuşdur ki, ümummilli liderin siyasi və dövlət xadimi kimi fəaliyyəti xalqımızın tarixində dərin izlər buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında