Azərbaycan Mərkəzi Bankı Mərkəzi Bank Sədrləri Klubunun növbəti toplantısına ev sahibliyi etmişdir

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) təşkilatçılığı ilə mayın 12-də Bakıda Mərkəzi Asiya, Qara dəniz regionu və Balkan ölkələrinin Mərkəzi Bank Sədrləri Klubunun (Klub) növbəti, 27-ci toplantısı keçirilmişdir.
Mərkəzi Bankdan bildirmişlər ki, toplantı Kluba üzv dövlətlərin mərkəzi bankları arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin müzakirə edilməsi və təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil olunmuşdur. Tədbir çərçivəsində tanınmış beynəlxalq ekspertlərin təqdimatında avrozonanın borc problemi və onun Avropa İttifaqının üzvü olmayan Avrasiya ölkələrinə təsiri, qlobal maliyyə stabilliyi və inkişaf etməkdə olan bazarlarda kontr-tsiklik makroprudensial nəzarətin rolu mövzuları və bu sahədə üzv dövlətlərin təcrübəsi müzakirə edilmişdir.
Mərkəzi Bankın sədri Elman Rüstəmov toplantıda "Azərbaycanda makroiqtisadi siyasət: orta müddətli çağırışlar və prioritetlər" mövzusunda təqdimatla çıxış etmişdir. Təqdimatda Azərbaycanda makroiqtisadi siyasət və makroprudensial nəzarət sahəsində görülmüş tədbirlər, əldə olunmuş nəticələr və yeni çağırışlar nəzərə alınmaqla gələcək vəzifələr əhatə olunmuşdur.
Klubun növbəti toplantısına Azərbaycan Mərkəzi Bankının ev sahibliyi etməsi ölkəmizin, o cümlədən AMB-nin beynəlxalq imicinin daha da yaxşılaşmasına mühüm töhfədir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında