Jurnalistlər mükafatlandırıldılar

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Qaradağ Rayon İcra Hakimiyyəti ilə birlikdə keçirdiyi "Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda jurnalist yazıları müsabiqəsinə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü günlərində yekun vurulmuşdur. Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində qaliblərin mükafatlandırılması mərasimi keçirildi.
KİVDF-in icraçı direktoru Vüqar Səfərli müsabiqənin yekunları barədə məlumat verərək bildirdi ki, qabaqcadan elan olunmuş şərtlərə görə, birinci yerə (1000 manat), ikinci yerə (800 manat), üçüncü yerə (600 manat) çıxanlar qalib hesab olunaraq müvafiq mükafatlara, yerdə qalan 16 iştirakçısı da həvəsləndirici (200 manat) mükafatlara layiq görülmüşlər.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov müsabiqə iştirakçılarının yazılarında rayonda aparılan genişmiqyaslı quruculuq işlərinin real mənzərəsinin əks olunduğunu bildirdi, söylənilən mülahizələrin ümumi işə köməyini vurğuladı və qalibləri təbrik etdi.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərin sosial müdafiəsinin güclənməsində KİVDF-in həyata keçirdiyi tədbirlərin əhəmiyyətini qeyd etdi, yaradıcılıq müsabiqələrinin mətbuatımıza mövzu zənginliyi, konstruktiv mövqe gətirdiyini söylədi.
"Olaylar" qəzetinin baş redaktoru Yunis Oğuz, "Bakı - Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bir sıra yazıların ərsəyə gəlməsinə stimul yaratmış müsabiqənin təşkilinə görə KİVDF-ə və Qaradağ Rayon İcra Hakimiyyətinə təşəkkürlərini bildirdilər, belə təşəbbüslərini davam etdirilməsini arzu etdilər.
Sonda müsabiqə qaliblərinə və digər iştirakçılara mükafatlar təqdim olundu. Xatırladaq ki, qaliblərin sırasında qəzetimizin əməkdaşı Tahir Aydınoğlu da var idi.

{nl}

Namiq ƏHMƏDOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında