Avropa Parlamentində Azərbaycan ilə bağlı müzakirələr aparılmışdır

Azərbaycan Avropanın güclü tərəfdaşıdır və bu, belə də qalacaqdır. Bu fikir Avropa Parlamentində Azərbaycan ilə bağlı keçirilmiş toplantıda səslənmişdir. 
"Enerji sahəsində əməkdaşlıq" mövzusuna həsr olunmuş toplantıda Avropa Parlamentinin deputatları, müxtəlif siyasi qrupların məsləhətçiləri və s. iştirak etmişlər. Toplantı Brüsseldə fəaliyyət göstərən Azərbaycan Kommunikasiya Ofisinin təşəbbüsü və Avropa Parlamenti deputatlarının ev sahibliyi ilə keçirilmişdir.
Təşəbbüskar deputatların çıxışlarından sonra Brüssel şəhərinin regional parlamentinin üzvü Alain Destexhe bu cür tədbirlərin vacibliyindən danışmışdır.
Daha sonra enerji sahəsi üzrə ekspertlər çıxış edərək vurğulamışlar ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi baxımından son dərəcə əhəmiyyətli ölkə olduğu dəfələrlə təsdiqlənmişdir. Avropa ölkələri enerji mənbələrinin şaxələndirilməsi üçün Azərbaycan ilə əməkdaşlığı daha da gücləndirməlidir.
Qeyd olunmuşdur ki, Azərbaycan Avropaya uğurla neft ixrac edir. Beləliklə də Azərbaycandan Avropaya qaz ixrac etmək sahəsində də potensial artmışdır.
Avropa Parlamentinin deputatları Edith Herszoq, Norbert Neuser, Roger Helmer, İvo Vajgl və digərləri Azərbaycanın Avropanın güclü tərəfdaşı olduğunu vurğulamışlar. Bildirilmişdir ki, Azərbaycan Avropa İttifaqının yaxın müttəfiqidir.
Toplantıda ölkəmizin inkişafına mane olan Ermənistanın işğalçılıq siyasətindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışılmışdır. Qeyd olunmuşdur ki, Ermənistan 20 ildən artıqdır ki, Azərbaycanın 20 faizdən çox ərazisini işğal etmişdir.
Çıxışlarda Avropanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində fəallıq göstərməsinin vacibliyi də vurğulanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında