Moskvada Heydər Əliyev adına mükafatın təqdim edilməsi mərasimi keçirilmişdir

Mayın 10-da Moskvada, "Ukrayna" mehmanxanasının konfrans salonunda Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) təsis etdiyi Heydər Əliyev adına illik mükafatın təntənəli təqdimetmə mərasimi keçirilmişdir. Mərasim Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bir vaxta təsadüf etmişdir.
Əvvəlcə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən söz açan film nümayiş etdirilmişdir.
ÜAK-ın baş katibi Mikayıl Hüseynov təntənəli mərasimi açaraq bildirmişdir ki, Konqresin yaradılmasının qaynaqlarında Heydər Əliyev durmuşdur.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək vurğulamışdır ki, Heydər Əliyev müasir Azərbaycanın memarıdır. Azərbaycan-Rusiya münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə olduğunu diqqətə çatdıran səfir demişdir: "Bu gün ölkəmizin nailiyyətləri onun düzgün strategiya seçdiyini göstərir".
Bu il Heydər Əliyev adına mükafata M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, professor Viktor Sadovniçi, İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenko, "Rusiya-Azərbaycan" Dostluq Cəmiyyətinin sədri, Rusiya Dövlət Humanitar Universitetinin rektoru , tarix elmləri doktoru, professor Yefim Pivovar, sovet və Rusiya balet artisti və xoreoqrafı, "Kremlyovski balet" teatrının banisi və bədii rəhbəri, RSFSR-in xalq artisti Andrey Petrov, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Yekaterina Geniyeva layiq görülmüşlər.
Qeyd edək ki, ÜAK-ın Heydər Əliyev adına mükafatı hər il Rusiya və Azərbaycan arasında dostluq, mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və inkişafına əhəmiyyətli töhfə vermiş RF-nin görkəmli ictimai-siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinə təqdim olunacaqdır.
Xatırladaq ki, Ümumrusiya Azərbaycan Konqresi Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinin və Heydər Əliyevin dəstəyi ilə 2001-ci il martın 5-də Konqresin təsis qurultayında yaradılmışdır. Qurumun yaradılmasının təşəbbüskarı olan ulu öndər Rusiya azərbaycanlılarının mədəniyyətinin, dilinin, milli özgürlüyünün və ənənələrinin hifz olunmasını, habelə diasporun tarixi vətən Azərbaycanla çoxşaxəli qarşılıqlı fəaliyyətinin dəstəklənməsini ÜAK-ın qarşısına prioritet vəzifələr kimi qoymuşdur.
Müasir Azərbaycanın müstəqilliyinin və suverenliyinin saxlanılması və möhkəmləndirilməsində fundamental tarixi rol oynamış unudulmaz Heydər Əliyev Rusiya Federasiyası ilə hərtərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət vermişdir. Ümummilli liderin səyləri ilə bu münasibətlər strateji tərəfdaşlıq və çoxprofilli qarşılıqlı faydalı əməkdaşlıq səviyyəsinə yüksəlmişdir.
Rusiyada vətəndaş sülhünün və millətlərarası həmrəyliyin möhkəmlənməsinə, Rusiya və Azərbaycan arasında sosial-iqtisadi və mədəni əməkdaşlığın inkişafına və dərinləşməsinə dəstək göstərilməsi Konqresin fəaliyyətinin öncül istiqamətləri sırasındadır.

{nl}

Günay KAZIMOVA AzərTAc -ın müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında