Azərbaycanda "Microsoft IT Academy" layihəsinə start verildi

Microsoft korporasiyası Azərbaycanda "Microsoft IT Academy (Microsoftun İnformasiya Texnologiyaları Akademiyası)" layihəsinə start verib.
Bu barərə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytı (Mincom.gov.az) məlumat yayıb. Şirkətin bu qlobal layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) Microsoftun ilk tədris mərkəzi açılacaq. "Microsoft IT Academy" təlim modeli təhsil müəssisəsi daxilində İT sahəsində mütəxəssislərin hazırlığı üçün imkan yaradır.
Təlimlər universitetin müəyyən etdiyi müddət və şərtlərə əsasən aparılacaq. Universitet tələbələri təlimləri başa vurduqdan sonra imtahan verib Microsoftun sənaye sertifikatlarını əldə edə biləcəklər. Akademiya çərçivəsində dərslərin növbəti tədris ilindən başlanması planlaşdırılır. Bununla yanaşı, AMİU-nun tələbələri "Microsoft Virtual Academy" çərçivəsində pulsuz online təlim də keçə bilərlər. Bulud texnologiyaları əsasında yaradılan bu tədris sistemi tələbələrə online rejimdə əlavə təlimlər keçməyə və imtahan verərək sertifikat almağa imkan verir. Microsoftun strateji planlarına İT akademiyaların Azərbaycanın İT fakültələri olan bütün ali təhsil müəssisələrində yaradılması daxildir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında