Nəsimi rayonunda Qələbə Günü qeyd edildi

Faşizm üzərində tarixi qələbənin 67-ci ildönümü münasibəti ilə Nəsimi rayonunda tədbir keçirilib. 
Əvvəl müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri Zorge parkında əfsanəvi kəşfiyyatçı, həmyerlimizin abidəsi önünə əklil və gül dəstələri qoydular. Sonra Vaqif prospektində yenidən qurulmuş "1941-1945-ci illər" abidəsi önünə əklil və gül dəstələri qoyuldu.
Çay süfrəsi açıldı. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev veteranları bu şanlı bayram münasibəti ilə təbrik etdi. O bildirdi ki, 1941-1945-ci illərdə Azərbaycan faşizm üzərində qələbə naminə əlindən gələni əsirgəməmiş və yüz minlərlə azərbaycanlı cəbhələrdə düşmənə qarşı igidliklə savaşmışdır. 67 il əvvəl dünyanı faşizm dəhşətlərindən xilas edən və xalqlara azadlıq gətirən rəşadətli insanlar dərin hörmət və minnətdarlığa layiqdirlər. Nəsib Məhəməliyev II Dünya müharibəsi veteranlarının ölkəmizdə daim diqqət və qayğı ilə əhatə olunduqlarını, onların bütün problemlərinin həll olunduğunu dedi.
Yüzdən çox müharibə veteranına yardım verildi.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında