Vergilər Nazirliyində ulu öndərin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Vergilər Nazirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə mərasim keçirilmişdir. 
Əvvəlcə tədbir iştirakçıları Vergilər Nazirliyinin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuşlar. Ümummilli liderimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra onun həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.
Vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov mərasimdə çıxış edərək ulu öndərin Azərbaycan xalqı qarşısında tarixi xidmətləri barədə danışmışdır. Qeyd olunmuşdur ki, müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli bir ölkə kimi təşəkkül tapması və davamlı inkişafı dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin gərgin əməyi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz bütövlüyünü, dövlət müstəqilliyini qoruyub saxlamış, xalqımız vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur.
Bildirilmişdir ki, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı yenidən qurulmuş, makroiqtisadi sabitlik və iqtisadiyyatın tarazlı inkişafı təmin olunmuş, dahi öndərin rəhbərliyi və birbaşa nəzarəti ilə reallaşan iqtisadi islahatlar ölkəmizin regionda və dünyada aparıcı dövlətlər səviyyəsinə yüksəlməsi üçün zəmin yaratmışdır. Vergilər naziri Fazil Məmmədov Azərbaycanın müasir vergi xidmətinin yaradılmasının da ümummilli liderin adı ilə bağlı olduğunu qeyd etmiş, məhz onun təşəbbüsü sayəsində vergi sisteminin müasir standartlar əsasında formalaşdırılmasına start verildiyini, mühüm sənəd olan Vergi Məcəlləsinin qəbul olunduğunu vurğulamışdır.
Qeyd olunmuşdur ki, bu gün möhtərəm Prezident İlham Əliyev ulu öndərin siyasətini uğurla davam etdirir, onun müəyyənləşdirdiyi dövlətçilik konsepsiyasına uyğun olaraq suverenliyimizin daha da möhkəmlənməsi və ölkəmizin hərtərəfli tərəqqisi yolunda var-qüvvəsi ilə çalışır.
Tədbirin sonunda Fazil Məmmədov vergi sistemində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2012-ci il tarixli sərəncamı ilə təltif olunmuş əməkdaşlara "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" və "Dövlət qulluğunda fərqlənməyə görə" medallarını və Vergilər Nazirliyinin Fəxri fərmanlarını təqdim etmişdir.
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında