Badamdarlılara bayram töhfəsi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar Səbail rayonunda növbəti abad həyət istifadəyə verilmişdir.
Ulu öndərin xatirəsi bu günlərdə hər yerdə böyük hörmətlə yad edilir. Rayonun idarə, təşkilatlarında, təhsil, səhiyyə, elm və mədəniyyət müəssisələrində keçirilən çoxsaylı tədbirlərlə yanaşı, əlamətdar gün ərəfəsində sosial yönümlü obyektlərin əsaslı təmiri və yenilərinin istifadəyə verilməsi işləri də aparılır. Badamdar qəsəbəsində Heydər Əliyev parkında əsaslı təmir və yenidənqurma işləri sürətlə davam etdirilir, artıq burada ulu öndərin büstü quraşdırılmışdır. Qəsəbədə həm də yeni orta məktəb və uşaq bağçasının tikintisi aparılır.
RİH tərəfindən rayonun qəsəbələrində həyata keçirilən "Abad həyət" layihəsi əsasında Badamdar qəsəbəsi, Sahib İbrahimxəlilov küçəsi, 1 ünvanda növbəti "Abad həyət" bu günlərdə sakinlərin istifadəsinə verilmişdir. Qəsəbənin mərkəz hissəsindəki həyətdə binaların fasadında və girişində təmir işləri aparılmış, qapılar yeniləri ilə əvəz olunmuşdur. 34 saylı poliklinikanın qarşısında da təmir işləri görülmüşdür. Eyvanlar dekorativ ağaclarla bəzədilmişdir.
Səkilər aqlayla üzlənmiş, yeni bordyur düzülmüşdür. 1500 kvadratmetr sahəsi olan həyət tam abadlaşdırılmış, təmizlik işləri aparılmışdır. İşıqlandırma məsələləri də həll olunmuş, yeni asfalt örtüyü çəkilmişdir. Sakinlərin istirahəti üçün 2 söhbətgah quraşdırılmış, burada yeni oturacaqlar, skamyalar qoyulmuşdur. Uşaqlar da yaddan çıxarılmamış, onlar üçün əyləncə qurğuları quraşdırılmışdır. Həyətlərdə yeni ağaclar əkilmiş, yaşıllıqlar salınmışdır. Məişət tullantılarından təmizlənmiş əraziyə birki örtüklu torpaq qatı salınmışdır. Bu, "Abad həyət" layihəsi üzrə Badamdar qəsəbəsində 13-cu təmirli həyət olmuşdur.
Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində istifadəyə verilmiş həyətin sakinləri görülən işlərin keyfiyyətindən razı qalmış, onların istirahəti üçün burada yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında