Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həll etməyə çağırmışdır

Misirin Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərində keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçirilmiş iclasında yekun sənəd qəbul olunmuşdur.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev jurnalistlərə açıqlamasında bildirmişdir ki, yekun sənədin 382-ci bəndində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin region üçün təhlükə törətməyə davam etdiyi vurğulanmışdır. Qoşulmama Hərəkatının üzvü olan dövlətlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həll etməyə çağırmışlar.
Bu sənədin yekdilliklə qəbul olunduğunu qeyd edən xarici siyasət idarəsinin sözçüsü demişdir ki, burada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyi əks olunmuşdur. Sənəddə qeyd edilmişdir ki, münaqişə güc tətbiq etməmək şərti ilə və beynəlxalq hüququn əsas prinsipləri çərçivəsində həll olunmalıdır. Yekun sənəddə Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən növbəti dəfə tanınmışdır və ölkəmizin ədalətli mövqelərinin beynəlxalq arenada dəstəkləndiyi vurğulanmışdır. Bu, onu göstərir ki, Azərbaycan beynəlxalq miqyasda öz mövqelərini gücləndirməkdə davam edir.
Sənəddə qeyd olunmuşdur ki, Qoşulmama Hərəkatının üzvü olan ölkələrin nazirləri Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanmamış qalmasından, beynəlxalq və regional təhlükəsizliyə təhdid törətməkdə davam etməsindən təəssüflənirlər. Onlar BMT-nin Nizamnaməsində əksini tapmış güc tətbiq etməmək prinsipinin vacibliyini bir daha təsdiq etmiş və tərəfləri münaqişəni danışıqlar yolu ilə, beynəlxalq hüququn qəbul edilmiş norma və prinsipləri çərçivəsində, xüsusilə suverenlik, ərazi bütövlüyü, beynəlxalq miqyasda tanınmış sərhədlərin toxunulmazlığı əsasında həllini tapmağa davam etməyə çağırmışlar.
Azərbaycanı bu iclasda xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir. Qoşulmama Hərəkatına 120 ölkə daxildir. Azərbaycan bu hərəkata 2011-ci ildə üzv qəbul olunmuşdur.
E.Abdullayev 120 ölkənin iştirakı ilə yekdilliklə qəbul olunan bu sənədin Azərbaycan diplomatiyasının növbəti uğuru kimi qiymətləndirmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında