Maliyyə Nazirliyinin Xırdalanda yerli strukturunun yeni inzibati binası istifadəyə verilmişdir

Mayın 10-da - ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünün qeyd olunduğu gün Maliyyə Nazirliyinin Abşeron rayon maliyyə idarəsinin yeni inzibati binası istifadəyə verilmişdir. 
Mərasimin iştirakçıları əvvəlcə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuşlar.
Rəmzi açılışı bildirən lent kəsildikdən sonra mərasim iştirakçıları inzibati bina və burada yaradılmış iş şəraiti ilə tanış olmuşlar. Rayon maliyyə idarəsinin ikimərtəbəli müasir, yaraşıqlı binası Xırdalan şəhərinin gözəl guşəsində - ulu öndər Heydər Əliyevin adını daşıyan möhtəşəm istirahət parkında tikilmişdir. Bildirilmişdir ki, burada normal iş fəaliyyəti üçün yüksək standartlara uyğun şərait yaradılmışdır. İdarənin foyesində Azərbaycanın ən yeni tarixində müstəsna rolu olan dahi şəxsiyyət, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini əks etdirən fotoguşə yaradılmışdır.
Mərasimində çıxış edən maliyyə naziri Samir Şərifov ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünün qeyd olunduğu bu əlamətdar gündə kollektivi yeni inzibati binanın açılışı münasibətilə təbrik edərək, bildirmişdir ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycan inkişaf edir və qüdrətlənir. Ölkə miqyasında həyata keçirilən tikinti-quruculuq işlərinin bütün sahələri əhatə etdiyini vurğulayan nazir demişdir ki, son illərdə Maliyyə Nazirliyi əməkdaşlarının iş şəraiti xeyli yaxşılaşdırılmış və qurumun tabeliyində olan regional strukturlar müasir inzibati binalarla təmin olunmuşdur. Bu da qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirməyə zəmin yaradır.
Təbriklərə qoşulan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən danışaraq ulu öndərin müasir Azərbaycanın dinamik inkişafındakı xidmətlərini xüsusi vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında