Stalinin oğlunun ölümü ilə bağlı məxfi materiallar ictimaiyyətə açıqlanmışdır

İosif Stalinin böyük oğlu Yakov Cuqaşvili 1943-cü ildə Zaksenxauzen əsir düşərgəsində növbətçi əsgərə tabe olmadığına görə öldürülmüşdür.
APA-nın məlumatına görə, bu fakt ictimaiyyət üçün açıq elan edilən məxfi sənədlərdə öz əksini tapmışdır.
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının Hərbi Tarix İnstitutunun baş elmi işçisi Mixail Zuev jurnalistlərə bildirmişdir ki, 14-cü tank diviziyasının batareya komandiri Yakov Cuqaşvili 1941-ci il iyulun 16-da Lyasnovo rayonu ərazisində almanlara əsir düşüb. Cuqaşvili 1942-ci ilin iyununa kimi Qommelsbur şəhəri yaxınlığında düşərgədə saxlanılmışdır. Təhqiqat zamanı Stalinin oğlunun 1943-cü ilin martında Zaksenxauzen "A" tipli xüsusi düşərgəsinə köçürüldüyü müəyyənləşmişdir. O düşərgə rəhbərliyinə nifrətini açıq şəkildə ifadə etməsi ilə seçilirmiş. 1943-cü ilin sonlarında Cuqaşvili gəzintiyə çıxıb, növbətçi əsgər ondan baraka qayıtmağı tələb edərkən Stalinin oğlu tikanlı çəpərə doğru getməyə başlayıb. Növbətçinin qışqırığına cavab olaraq Stalinin oğlu onu söyməyə başlayıb. O gimnastyorkasını cıraraq əsgərə, "Atəş aç" deyib. Alman əsgəri Cuqaşvilinin başından atəş açaraq onu öldürmüşdür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında