Şamaxıda veteranlarla görüş

Şamaxıda faşizm üzərində qələbənin 67-ci ildönümü ilə bağlı rayonun müharibə veteranları ilə görüş keçirilib. 
Şamaxıdan millət vəkili Elxan Süleymanov İkinci Dünya müharibəsi illərində bütün azərbaycanlılar kimi şamaxılıların da bir-çox fədakarlıq nümunəsi göstərdiklərini xatırladıb, 12 mindən çox adamın müharibəyə könüllü getdiyini, onların yarıdan çoxunun döyüş meydanlarında həlak olduğunu qeyd edib.
Görüşdə Söz Azadlığını Müdafiə Fondunun (SAMF) sədri şair Musa Yaqub, müharibə veteranı Hacı Ağayev, Veteranlar Şurasının sədri Ağarza Bayramov, Ağsaqqallar Şurasının sədri Aydın Alcanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Şamaxı Şöbəsinin rəisi Nasir Qurbanov çıxış edərək faşizm üzərində tarixi qələbənin əhəmiyyətindən, veteranlara göstərilən qayğıdan danışıblar.
Elxan Süleymanov veteranlara hədiyyələr və bayram sovqatı dəstləri təqdim edib.
Sonda yerli özfəaliyyət ansamblı musiqi proqramı ilə çıxış edib.

{nl}

İlqar MUSAOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında