ATƏT/DTİHB, ATƏT PA, AŞPA və Avropa Parlamenti Ermənistanda keçirilmiş parlament seçkilərini pisləyən birgə bəyanat yaymışlar

Ermənistanda keçirilmiş parlament seçkiləri zamanı ciddi qanun pozuntuları aşkar olunmuş, seçki məcəlləsinin tələblərinə əməl olunmamış, seçicilərə qarşı təzyiqlər qeydə alınmış, şikayətlərə baxılmamışdır. 
Bu fikirlər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB), ATƏT-in Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası (AŞPA) və Avropa Parlamentinin mayın 6-da Ermənistanda keçirilmiş parlament seçkiləri ilə bağlı birgə bəyanatında əksini tapmışdır. Bəyanata əsasən, səsvermə günü çoxlu qayda pozuntusu aşkar olunmuş, iqtidar partiyasının nümayəndələrinin seçki prosesinə müdaxilələri qeydə alınmışdır. Siyasi partiyaların bir-birinə inamsızlığı seçki prosesində narahatlıq doğurmuşdur.
Bəyanatda, həmçinin bildirilir ki, yerli hakimiyyət orqanlarının və bəzi partiyaların Seçki Məcəlləsinin qaydalarına əməl etməməsi, məktəb müəllimlərinin dərs zamanı seçkiqabağı kampaniyalarda iştirak etməyə məcbur edilmələri, siyasi partiyaların nümayəndələrinin seçicilərə hədiyyələr paylamaları və məktəb divarlarında reklam xarakterli materialların yapışdırılması faktları qeydə alınmışdır. Bütün bunlar ATƏT-in 1990-cı il tarixli Kopenhagen Sənədinə ziddir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında