1941-1945-ci illər müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın çatdırılması təmin edilmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2012-ci il aprelin 30-da "1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə" Sərəncam imzalamışdır. Həmçinin həmin sərəncamla bağlı Dövlət Sosial Müdafiə Fonduna birdəfəlik maddi yardımın müvafiq şəxslərə çatdırılmasını təmin etmək tapşırılmışdır.
Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan redaksiyaya daxil olan məlumatda bildirilir ki, artıq fond tərəfindən birdəfəlik yardımın şamil olunduğu şəxslərə çatdırılması həyata keçirilmiş, sərəncama uyğun olaraq ayrılan məbləğ həmin şəxslərin hesablarına köçürülmüşdür. Məlumatda deyilir ki, bu barədə fondun sədri Səlim Müslümov məlumat vermişdir. O bildirmişdir ki, sərəncam hazırki vəziyyətə 28 968 nəfərə şamil olunmuşdur. Bunlardan 2739 nəfəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır və sərəncama əsasən, onların hər birinə 500 manat məbləğində birdəfəlik yardım göstərilmişdir.
Sərəncamda qeyd edilən Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə 200 manat məbləğində birdəfəlik maddi yardım verilmişdir. Həmçinin həmin məbləğin İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarının da hər birinə ödənilməsi təmin edilmişdir. S. Müslümov vurğulamışdır ki, bu kateqoriyaya aid olan şəxslərin sayı 26 229 nəfər təşkil edir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında