Binəqədi rayonunda veteranlarla görüş

Binəqədi Rayon İcra Hakimiyyətində Böyük Vətən müharibəsində qələbənin 67-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyəti binasının qarşısında ucaldılmış büstü veteranlar tərəfindən ziyarət olunmuşdur. Sonra tədbir RİH-in kiçik akt zalında dəyirmi masa ətrafında davam etdirilmişdir. Böyük Vətən müharibəsində həlak olan vətəndaşlarımızın, o cümlədən Binəqədi rayonundan cəbhədə həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbiri giriş sözü ilə açaraq demişdir ki, 1941-1945-ci illər müharibəsi müharibələr tarixində ən dəhşətli və dağıdıcı olmuşdur. Bu müharibədə Azərbaycan xalqı qəhrəmanlıq və fədakarlıq nümayiş etdirmişdir. Hazırda respublikamızda 2 739 nəfər, Binəqədi rayonunda isə 104 nəfər müharibə iştirakçısı yaşayır. Onlara diqqət və qayğı həmişə diqqət mərkəzində saxlanılır. Bunun bariz nümunəsi kimi ölkə Prezidenti İlham Əliyev tərəfindən 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 67-ci ildönümü münasibətilə 30 aprel 2012-ci il tarixli Sərəncamı misal göstərə bilərik. Həmin sərəncamla Böyük Vətən müharibəsinin iştirakçılarına 500 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunmuş şəxslərə və digər kateqoriyalardan olan insanlara isə 200 manat məbləğində birdəfəlik maddi yardım verilmişdir. Binəqədi rayonu üzrə isə 580 nəfər bu yardımdan faydalanmışdır.
Tədbirdə Binəqədi Rayon Veteranlar Şurasının sədri Telman Hətəmov, Bakı Şəhər Veteranlar Şurasının sədri Məmməd Qarayev, Böyük Vətən müharibəsinin iştirakçısı, tarixçi-alim Əmralı Əmralıyev ulu öndər Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin müharibə veteranlarına diqqət və qayğısından ətraflı bəhs etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov veteranların problemləri ilə maraqlanmışdır.
Sonra 104 nəfər Böyük Vətən müharibəsinin iştirakçısına və 15 nəfər rayon Veteranlar Şurasının ərazi ilk təşkilatlarının sədrlərinə 50 manat məbləğində maddi yardım edilmişdir.

{nl}

V.BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında