"Heydər Əliyev və müstəqil Azərbaycan" inşa müsabiqəsi keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Gəncliyə Yardım Fondunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda Bakı şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir. 
Tədbirdə Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, BŞGİBİ -nin rəis müavini Aydın Yusifov, Xocalı Soyqırım Tanıtım İctimai Birliyinin sədri Şamil Sabiroğlu iştirak etmişlər.
Tədbirdə ümummilli lider Heydər Əliyevə həsr olunmuş "Bir mahnının tarıxçəsi" adlı film nümayış olunmuşdur.
Mərasimə gələn qonaqlar çıxış edərək ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu barədə məlumat vermiş, onun Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi misilsiz xidmətlərdən danışmışlar.
Müsabiqənin nəticəsinə görə, Binəqədi rayonu 267 saylı orta məktəbin şagirdi Gülsüm Hüseynova, Səbail rayonu 49 saylı orta məktəbin şagirdi Azadə İsmayılova, Nərimanov rayonu 39 saylı orta məktəbin şagirdi Şamilə Ələkbərli ilk üç yerə layiq görülmüşlər.
İnşa yazı müsabiqəsində fərqlənmış şagirdlərə BŞGİBİ tərəfindən diplomlar və xatirə hədiyyələri təqdim edilib.

{nl}

Leyla QURBANOVA, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında