Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü AMEA Şərqşünaslıq İnstitutunda qeyd edildi

AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş elmi sessiya keçirildi. Tədbiri giriş sözü ilə İnstitutun direktoru, professor, millət vəkili Gövhər Baxşəliyeva açdı. O, öz çıxışında ulu öndərin Azərbaycan xalqının həyatında oynadığı böyük rolundan danışdı: 
"Azərbaycanın tarixinin 40 ili ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.Ulu öndər xalqımızın tarixinə gördüyü misilsiz işlərlə böyük qurucu şəxsiyyət kimi düşüb. Mən onu ən böyük azərbaycanlı, ən böyük vətənpərvər hesab edirəm". G.Baxşəliyeva Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söylədi: "1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk görüşlərinin birini akademiyanın rəyasət heyətinin binasında alimlərlə keçirdi. Ulu öndərimiz o zaman bildirdi ki, Elmlər Akademiyası Azərbaycan xalqının böyük sərvətidir və bu sərvəti qoruyub yaşatmalıyıq. Qısa müddət ərzində bir sıra fərman və sərəncamlar verildi ki, bütün bunlar akademiyanın cəmiyyətdə, elmi ictimaiyyətdə mövqeyini qat-qat artırmış oldu".
Professor Gövhər Baxşəliyeva çıxışının sonunda xüsusi olaraq qeyd etdi: "Bütün sahələrdə olduğu kimi, elm sahəsində də Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin yolunu davam etdirir. Bildiyiniz kimi, Azərbaycan elminin inkişaf strategiyası təsdiq olunub. 2009-2015-ci illərdə elmin inkişaf strategiyasının həyata keçirilməsi üçün Dövlət Proqramı qəbul edilib. Elmin İnkişaf Fondu yaradılıb və s. addımlar atılıb. Bütün bunlar göstərir ki, AMEA-ya, Azərbaycan elminə ilbəil diqqət artırılır".
Tədbirdə çıxış edən fəlsəfə doktorları Cabbar Cəlilov, Xalidə Quliyeva-Qafqazlı, Vidadi Mustafayev və İsmayıl Əsədov ulu öndərin Azərbaycan elminin inkişafındakı müstəsna xidmətlərindən söz açdılar.

{nl}

A.ÜLVİ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında