Turizm sahəsində beynəlxalq əlaqələr genişlənir

Səudiyyə Ərəbistanının paytaxtı Əl-Riyad şəhərində Kral Abdullah bin Əbdüləzizin himayəsi altında və Ali Turizm və Abidələr Təşkilatının təşkilatçılığı ilə "İslam ölkələrində memarlıq irsi" mövzusunda 1-ci beynəlxalq konfrans keçirilmişdir.
Konfransda Azərbaycan Respublikasını mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılığı ilə nazirliyin mədəni irs şöbəsinin müdiri R. Bayramovun, tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri R. Oruclunun, əl sənətkarları R. Quliyevin və V. Məmmədovun daxil olduğu nümayəndə heyəti təmsil etmişdir. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yaymışdır.
Məlumat üçün bildiririk ki, konfransın işində 26 ölkə turizm nazirləri səviyyəsində təmsil olunmuşdur.
Konfransın açılış mərasimində Ali Turizm və Abidələr Təşkilatının rəhbəri şahzadə Sultan bin Salman bin Əbdüləziz çıxış etmiş, dəvət olunmuş qonaqları salamlamış və konfransın işinə uğurlar arzulamışdır.
Nümayəndə heyətinin üzvü Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs şöbəsinin müdiri R. Bayramov Azərbaycanda mədəni irsin qorunması ilə bağlı məruzə etmişdir. Qeyd olunan məruzə konfrans iştirakçıları tərəfindən böyük maraqla dinlənilmişdir.
Konfrans işi çərçivəsində nümayəndə heyətimizin rəhbəri mədəniyyət və turizm nazirl Əbülfəs Qarayev bir sıra ölkələrin turizm nazirləri və BMÜTT, YUNESKO, İKT, İRCİCA kimi beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlər keçirmiş, əlaqələrimizin genişləndirilməsi və gələcək planlarla bağlı geniş fikir mübadiləsi aparmışdır.
Konfransın yekununda müvafiq bəyannamə qəbul olunmuşdur

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında