Heydər Əliyev Fondunun "Eurovision-2012" ərəfəsində elan etdiyi "Mən Azərbaycanı kəşf edirəm" mövzusunda inşa müsabiqəsinin qalibi olmuş hər iştirakçı ölkədən 2 nəfər Bakıda möhtəşəm şounu canlı izləyəcəkdir

"Eurovision-2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsində rəsmi tərəfdaş olan Heydər Əliyev Fondu yarışmanın son hazırlıq mərhələsinin bütün proseslərində fəal iştirak etməklə yanaşı, layihə çərçivəsində daha bir humanist aksiya gerçəkləşdirir.
Fond iştirakçı dövlətlərdə "Mən Azərbaycanı kəşf edirəm" mövzusunda inşa müsabiqəsi elan etmişdir. Azərbaycanı tanımaq, ölkəmizin tarixi və zəngin mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı yaradan müsabiqənin yalnız fiziki qüsurlu uşaq və yeniyetmələr arasında keçirilməsi Heydər Əliyev Fondunun önəm verdiyi humanizm prinsiplərindən irəli gəlmişdir.
Heydər Əliyev Fondundan bildirmişlər ki, müsabiqənin şərtlərindən biri də burada yalnız 9-18 yaş arası məktəblilərin iştirakıdır. İnşa müsabiqəsinə təqdim olunan yazıların qəbulu aprelin 30-da başa çatmışdır. Təşkilat komitəsi müsabiqə iştirakçılarının göndərdiyi elektron yazılara baxaraq seçim aparmış və qaliblər müəyyən edilmişdir.
Hər iştirakçı dövlətdən 2 nəfər müsabiqə qalibi və onları müşayiət edən şəxslər Azərbaycanın qonağı olacaqlar. Şou günlərində onlar uyğunlaşdırılmış yaşayış yeri və nəqliyyat vasitəsi ilə təmin ediləcəklər. Gəzinti və istirahət üçün tərtib olunmuş xüsusi proqram əsasında qonaqlar Bakı ilə yaxından tanış olacaq və "Eurovision-2012" mahnı müsabiqəsinin final mərhələsində möhtəşəm şounu izləmək şansı əldə edəcəklər.
Hazırda müsabiqə qaliblərinin Azərbaycana gəlməsi üçün hazırlıq işləri aparılır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında