Zəlzələnin nəticələrinin aradan qaldırılması, təmir-bərpa işlərinə başlanılması üçün 2012-ci il dövlət büdcəsinin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20 milyon manat vəsait ayrılmışdır

Mayın 7-də yerli vaxtla saat 9.40 radələrindən başlayaraq Zaqatalada 4 yeraltı təkan baş vermişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, birinci zəlzələ rayon mərkəzindən 17 kilometr cənub-qərbdə, yerin 10-12 kilometr dərinliyində olmuş, ikinci və üçüncü təkan saat 10.38-də və 10.40-da 4,5 və 4,3 bal gücündə qeydə alınmış, dördüncü təkan isə saat 19.15-də Zaqataladan 14 kilometr cənub-şərqdə 12 ballıq cədvəl üzrə 6,0 bal gücündə baş vermişdir. Yeraltı təkanlar Zaqatala rayonundan başqa, Balakən, Şəki, Qax və digər ərazilərdə də hiss olunmuş, müəyyən dağıntılar baş vermişdir. Zəlzələ nəticəsində insanlar arasında tələfat olmamışdır. Lakin tikililərə ziyan dəyməsi, fərdi evlərin uçması və inzibati binalarda çatların əmələ gəlməsi barədə məlumatlar daxil olmuşdur.
Təbii fəlakətlə əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılığı ilə qəza-xilasetmə qüvvələri dərhal zəlzələ zonasına yollanmış, vəziyyətlə yerində tanış olmuşlar. İlkin baxışlar nəticəsində dəymiş ziyanın miqyasının müəyyənləşdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlərin görülməsinə, xüsusən evləri ciddi ziyan çəkmiş sakinlər üçün çadırların qurulmasına və dəymiş ziyanın nəticələrinin aradan qaldırılmasına başlanmışdır.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, zəlzələnin nəticələrinin aradan qaldırılması, təmir-bərpa işlərinə başlanılması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20 milyon manat vəsait ayrılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında