Pakistanın nüfuzlu "Liberty" jurnalında "Mehriban Əliyeva və 2020-ci il Olimpiya Oyunları" sərlövhəli məqalə dərc edilmişdir

Pakistanın nüfuzlu "Liberty" jurnalında tanınmış alim, şair və publisist, professor Casim Takinin müəllifi olduğu "Mehriban Əliyeva və 2020-ci il Olimpiya Oyunları" sərlövhəli məqalə dərc edilmişdir.
Məqalədə Moskvada keçirilmiş Milli Olimpiya Komitələri Assosiasiyasının XVIII Baş Assambleyasında 2020-ci il Olimpiya Oyunlarının Bakıda təşkil olunması üçün Azərbaycanın öz namizədliyini irəli sürdüyünü qeyd edən müəllif ölkənin birinci xanımı Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsində və hazırlıq-təbliğat işlərinin aparılmasında böyük rol oynadığını vurğulamışdır.
Müəllif yazır ki, tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu mövzuda danışarkən 2020-ci il Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi təşəbbüsünün hökumət və xalq tərəfindən dəstəkləndiyini qeyd etmişdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva qeyd etmişdir ki, qədim tarixi irsə malik olan Bakı Şərqin və Qərbin qovuşduğu məkanda yerləşmişdir. Olimpiya Oyunlarında Azərbaycanın bir müstəqil ölkə kimi nisbətən yaxın zamanlardan bəri iştirak etdiyinə baxmayaraq, biz idman infrastrukturunun inkişafına böyük investisiyalar qoyuruq. Biz doğrudan da Olimpiya Oyunlarını ölkəmizdə keçirmək əzmindəyik və bu işə siyasi və maddi dəstək verməyə hazırıq.
Professor C.Taki Mehriban Əliyevanın dünyanın birinci xanımları sırasında ən yüksək pillələrdən birini tutduğunu vurğulayaraq onun təşəbbüsünün uğur qazanacağına inandığını bildirmişdir.
Məqalədə, həmçinin Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda və xaricdə həyata keçirdiyi genişmiqyaslı humanitar və sosial layihələr barədə ətraflı məlumat vermişdir. Müəllif yazır ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva xeyriyyəçilik fəaliyyətinə, dünya mədəniyyəti irsinin qorunub saxlanmasına görə UNESCO-nun xoşməramlı səfiri seçilmiş, bir neçə inkişaf etmiş ölkənin medal və ordenləri ilə təltif olunmuşdur.
C.Taki məqaləsinin sonunda Mehriban xanım Əliyevaya həsr etdiyi şeirini yerləşdirmişdir.
Məqaləni http://www.jassimtaqui.com/2012/04/mehriban-aliyeva-and-2020-olympic-games.html linkindən oxumaq olar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında