Hyustonlu qonaqlar ölkəmizdə tolerantlığın şahidi olublar

Bu günlərdə müxtəlif sahələri təmsil edən bir qrup hyustonlu mütəxəssis Azərbaycana səfər edib, səfər çərçivəsində onlar Bakı və bir sıra regionlarda olublar. Səfər Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası ilə birgə layihə əsasında baş tutub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova bildirib ki, Hyustondan gəlmiş on nəfərlik qrup sözügedən şəhərin mədəniyyət nümayəndələri, Hyuston operasının, muzeyinin nümayəndəsi, turizm üzrə mütəxəssislər, Hyuston Universitetinin professoru Helen Rose Ebaugh, Hyuston televiziyasının prodüsseri Tracy Hatfield və digər ziyalılardan ibarət olub.
On gün müddətində Hyustondan gəlmiş qrup Şəkiyə, Lahıca, İsmayıllıya səfər ediblər. Səfər müddətində qədim alban kilsəsini, məscidləri görən qonaqlar Azərbaycandakı tolerantlığın şahidi olublar. Onlar həmçinin regionlarımızda fəaliyyət göstərən muzeylərə də baş çəkiblər. Gələcəkdə Hyustondan gəlmiş qrupun üzvləri ilə Azərbaycandakı bir sıra qurumlar arasında layihələrin həyata keçirilməsi planlaşdırılır. İradə Axundova deyib ki, Bakı ilə Hyuston arasında əlaqələrin tarixi 30 ilə yaxındır.
Qeyd edək ki, layihəni həyata keçirməkdə əsas məqsəd Azərbaycan mədəniyyətini, tarixini və s. Hyustonda daha geniş tanıtmaq, əcnəbi ziyalılara təqdim etməkdir.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında