Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur Azərbaycanda velosiped idmanının inkişafına doğru atılan mühüm addımdır

Azərbaycanda velosiped idmanı üzrə keçiriləcək ilk peşəkar yarışa çox az vaxt qalır. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur 9-13 may 2012-ci il tarixlərində keçiriləcəkdir. Velosiped turniri Velosiped İdmanı Federasiyası tərəfindən ölkəmizdə bu idman növünün inkişafı istiqamətində atılan önəmli addımdır. 
Velosiped İdmanı Federasiyası mövcud olsa da, son 20 ildə federasiyanın fəaliyyətində bir durğunluq hökm sürürdü. Gənc velosipedçilərin bu idman növü ilə məşğul olması üçün lazımi şərait də yox dərəcəsində idi. Azərbaycan Velosiped İdmanı Federasiyasının idman işi üzrə direktoru Teo Mauxer bu barədə bildirmişdir: "Ölkədə velosiped klublarının və məktəblərinın sayı azdır. Velosiped idmanına marağı artırmaq üçün müvafiq şərait yaradılmalıdır. Biz hazırda idman sahəsində güclü potensialı olan gəncləri axtarırıq. Əgər onları düzgün istiqamətləndirə bilsək, əminəm ki, gələcəkdə Azərbaycan velosipedçiləri yaxşı nəticələr göstərəcəklər".
Heydər Əliyevin xatirəsinə həsr olunmuş velosiped turniri Azərbaycanda bu idmanın gələcək inkişafı baxımından olduqca önəmlidir. Ölkənin yolları və ümumi infrastruktur inkişafa imkan verir. "Bu velotur və velosiped idmanının inkişafı ətraf mühitin və insanların sağlamlığının qorunmasına da xidmət edəcək. Bu turdan sonra Azərbaycanda bu qəbildən olan yarışların sayının artması gözlənilir ki, bu da Azərbaycan velosipedçilərinin potensialını artırmaq üçün əsas şərtdir", - cənab Mauxer belə söyləmişdir.
Digər ölkələrin nümayəndələri uzun müddətdir ki, peşəkar velosiped idmanı ilə məşğuldurlar, Azərbaycan idmançıları isə velosiped turniri üçün yalnız son bir neçə ay ərzində hazırlaşmışlar. Cənab Mauxerin fikrincə, onlardan yarışlarda ciddi nəticələr gözləmək hələ tezdir. "Potensialı olan gənc velosipedçiləri tapıb yetişdirməliyik. Bu tur Azərbaycanda velosiped idmanının təbliğində bizə kömək edəcək," - deyə o əlavə etmişdir.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında