ATƏT-in müşahidə missiyası: Ermənistanda seçkilərə çoxlu sayda əsassız müdaxilə faktları qeydə alınıb

Ermənistanda seçicilərə təzyiq və şikayətlərə baxılması prosedurunun aşağı səviyyədə təşkil olunması qeyri-bərabər rəqabət mühiti yaradıb.
APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, bu fikirlər Ermənistanda seçkiləri izləmiş beynəlxalq müşahidəçilərin birgə bəyanatında öz əksini tapıb.
Müşahidəçilər qeyd ediblər ki, Ermənistanda seçki prosesində siyasi partiyalar arasında qarşılıqlı etimadın olmaması narahatlıq doğurur: "Seçicilərin qeydiyyatı prosesinə toxunan müşahidəçilər qanunvericiliyin yaxşılaşdırılmasına rəğmən, "seçkilərin saxtalaşdırılması üçün sui-istifadə imkanlarının mövcudluğu bu prosesə etimadsızlıq əlavə edib. Seçici fəallığı yüksək olsa da, kifayət qədər prosesə əsassız müdaxilə faktları qeydə alınıb. Bu fakt ciddi narahatlıq doğurur. Hakimiyyət gələn il keçiriləcək prezident seçkilərinə kimi bu qəbulolunmaz faktı aradan qaldırmalıdır", - deyə ATƏT müşahidə missiyasının rəhbəri Nikolson Uinterborn bildirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında