Metanol - gələcəyin enerji mənbəyi

Metanolla aparılan ümumdünya əməliyyatlarında ətraf mühitin qorunması üzrə ən yüksək standartların təbliği ilə məşğul olan ABŞ-ın Metanol İnstitutu (www.methanol.org) müntəzəm olaraq ictimaiyyəti metanolun ekoloji və enerji üstünlükləri barədə məlumatlandırır. İnstitut həmçinin metanolun ətraf mühit üçün əlverişli, bir sıra bazarlar üçün vacib həll yolu kimi tətbiqi barədə də geniş kütlə arasında informasiya yayır. 
Metanol əriyə bilən, bioloji cəhətdən spirtin təsiri ilə parçalana bilən maddədir. Təbiətdə ona təbii formada rast gəlinir. Metanoldan çirkab suların denitrifikasiyası yolu ilə həssas novların və su kollektorlarının təmizlənməsində istifadə olunur. Yanacaqlarda və yanacaq elementlərində təmiz enerji kimi, habelə biodizel yanacağının istehsalı prosesində xammal ehtiyatı kimi də metanolun tətbiqinə getdikcə daha çox rast gəlinir. Bir sözlə, metanol çoxsaylı tətbiq sahələrində ətraf mühit üçün əlverişli həllərin bir hissəsidir. Metanol həm də digər yanacaq mənbələri ilə müqayisədə nisbətən daha təmiz yanır və ona görə də nəqliyyat sektorunda benzin və dizel yanacağını əvəz edən alternativ yanacaq kimi son vaxtlar daha geniş şəkildə tətbiq olunmaqdadır. Metanol qeyri-stasionar və avtonom enerji istehsalı bazarlarında yanacaq elementlərinin istehsal texnologiyasında hidrogen daşıyıcısı kimi də böyük rol oynayır. Metanol yanacağı ilə işləyən turbinlər həmçinin bəzi tətbiq sahələrində şəbəkə enerjisi istehsal edirlər.
Bundan əlavə, metanolun dünya miqyasında istehsalı və yayılması nəticəsində istixana qazı effektini azaltmaq üçün metanol sənayesi ilə işlənib hazırlanan innovasiya yanaşmaları mövcuddur. Son on il ərzində metanol zavodları effektiv modernləşmə nəticəsində ətraf mühitə karbon qazı (karbon dioksidi) tullantılarının miqdarını xeyli dərəcədə-40 faizə qədər azaltmağa nail olmuşdur. İnstitutun apardığı müxtəlif tədqiqatların nəticələrinə əsasən, bərpa olunan xammal mənbələrinin əksəriyyətində qlobal metanol bazarının yarandığı görünür.

{nl}

Kamran BƏDƏLOV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında