Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir

Mayın 3-dən 6-dək Xorvatiya Respublikasının Pula şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin növbəti yaz iclası keçirilmişdir. 
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, Xorvatiyanın baş prokuroru Mladen Bayiçin təşəbbüsü ilə keçirilmiş tədbirdə Azərbaycanı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev təmsil etmişdir.
Dünya prokurorlarının ilk və yeganə beynəlxalq təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının iclasında mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, təşkilata yeni üzvlərin qəbulu ilə bağlı məsələlərə baxılmış, Baş katibin və İcraiyyə Komitəsinin fəaliyyətinə dair hesabatlar dinlənilmiş, BPA-nın fəxri üzvlüyü və "İlin prokuroru" da daxil olmaqla mükafatlarla bağlı tövsiyələr, Assosiasiyanın növbəti illik iclasının və konfranslarının keçirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
Tədbir çərçivəsində Xorvatiyanın baş prokuroru ilə keçirilmiş görüşdə Mladen Bayiç Azərbaycan Respublikasında dövlət başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional və praktiki tədbirləri yüksək qiymətləndirərək görülən işlərdən məlumatlı olduğunu bildirmiş, bu təcrübədən ölkəsinin bəhrələnməsinin zəruriliyini qeyd etmişdir. Mladen Bayiç Azərbaycanın və Xorvatiyanın prokurorluqları arasında qarşılıqlı əlaqələrin korrupsiyaya qarşı mübarizə və digər sahələrdə də genişləndirilməsi təşəbbüsü ilə çıxış etmişdir.
Tədbirdə BPA-nın 2012-ci il üzrə illik yığıncağının cari il oktyabrın 28-dən noyabrın 1-dək Banqkokda, 2013-cü ilin sentyabr ayında isə Moskvada keçirilməsi qərara alınmışdır.
Keçirilən iclaslarda və ikitərəfli görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə respublikamızda həyata keçirilən irimiqyaslı tədbirlər, o cümlədən məhkəmə-hüquq islahatlarının, korrupsiyaya qarşı mübarizə sahəsində qanunverici və praktiki işlərin uğurlu nəticələrinə dair məlumatlar verilmişdir. Ölkəmizdə korrupsiyaya qarşı uğurlu və ardıcıl mübarizə siyasətinə dair məlumatları əks etdirən nəşrlər tədbir iştirakçıları arasında yayılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında