Poltavada "Bakı nefti və böyük Qələbə" mövzusunda tədbir keçirilmişdir

Bakı Slavyan Universitetinin dəstəyi ilə Poltava İqtisadiyyat və Ticarət Universitetində (PİTU) yaradılmış Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzində "Bakı nefti və böyük Qələbə" mövzusunda tədbir keçirilmişdir. Bu barədə AzərTAc-a mərkəzin direktoru Yaşar Alxasov məlumat vermişdir. 
Tədbirdə universitetin əcnəbi tələbələrlə iş üzrə fakültəsinin dekanlığının əməkdaşları, ukraynalı və əcnəbi tələbələr, Tələbə Şurasının üzvləri iştirak etmişlər.
Tədbir iştirakçılarına azərbaycanlıların faşizm üzərində Qələbəyə töhfəsi barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, Azərbaycandan 681 min nəfər Böyük Vətən müharibəsi cəbhələrinə çağırılmışdır. 300 min Azərbaycan vətəndaşı döyüş meydanlarında həlak olmuşdur. Müharibədə Azərbaycan qadınları, o cümlədən partizan Aliyə Rüstəmbəyova, snayper Ziba Qəniyeva, zenit topçusu Almaz İbrahimova, gəmi kapitanı Şövkət Səlimova və bir sıra başqaları iştirak etmişlər. Azərbaycanlı əsgərlər Brest qalası və Stalinqrad uğrunda döyüşlərdə, Leninqrad, Qafqaz və Kursk qövsünün müdafiəsində, Krım yarımadasında, Baltikyanı ölkələrin və Şərqi Avropanın faşizmdən azad edilməsi, Berlinin tutulması uğrunda döyüşlərdə iştirak etmişlər. Əslən Azərbaycandan olan 124 döyüşçü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Bakının Sabunçu qəsəbəsində doğulmuş Rixard Zorge İkinci Dünya müharibəsi dövrünün ən məşhur kəşfiyyatçılarından biri olmuşdur. 1945-ci il mayın 2-də səhər çağı leytenant Ə.Məcidovun rəhbərliyi ilə Azərbaycan döyüşçüləri Məmmədov, Əhmədzadə və başqaları Qələbə bayrağını Brandenburq darvazasına sancmışlar.
Böyük Vətən müharibəsi dövründə ölkədə istehsal edilən bütün yanacağın 80 faizi Azərbaycanın neftçıxarma müəssisələrinin payına düşürdü. Bütövlükdə Azərbaycan neft sənayesi müəssisələri hərbi ehtiyaclar üçün 75 milyon ton neft və neft məhsulları istehsal və emal etmişdir. Bundan əlavə, Bakı zavodlarında əfsanəvi "Katyuşa"lar üçün raket mərmiləri hazırlanırdı.
Tədbirin sonunda müharibə illərində Bakı neftçilərinin arxa cəbhədə göstərdiyi qəhrəmanlığa həsr edilmiş "Unudulmuş qəhrəman" adlı film nümayiş etdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında