Azərbaycanın müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz regionda lider, beynəlxalq aləmdə isə söz, nüfuz sahibi olan dövlətə çevrilmişdir

Mayın 7-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon ərazi ilk təşkilatının ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar toplantısı keçirilmişdir.
Toplantı iştirakçıları əvvəlcə YAP-ın yaradıcısı, müasir müstəqil Azərbaycanın banisi və qurucusu ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, agentliyin foyesindəki büstü önünə tər çiçəklər düzmüşlər.
Tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Gündəlik elan olunandan və təsdiqlənəndən sonra hesabat məruzəsi ilə çıxış edən Yeni Azərbaycan Partiyası AzərTAc ərazi ilk təşkilatının sədri, agentliyin baş direktoru Aslan Aslanov YAP-ın və müasir müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışmışdır. Qeyd edilmişdir ki, ümummilli lider müstəqilliyimizə əbədilik və dönməzlik xarakteri vermişdir. Ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz regionda lider, beynəlxalq aləmdə isə söz, nüfuz sahibi olan dövlətə çevrilmişdir.
Azərbaycanın uğurlarından söz açan Aslan Aslanov Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini və bu Şuraya sədrlik etməsinin ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurlu nəticəsi kimi qiymətləndirmişdir.
Tədbirdə ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "101-ci şans" sənədli filmi nümayiş etdirilmişdir.
Sonra təşkilati məsələyə baxılmış, AzərTAc-ın üç əməkdaşı səsvermə yolu ilə YAP sıralarına daxil edilmişdir.
Sonda ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə mətbuat işçiləri arasında keçirilmiş voleybol turnirində üçüncü yerə layiq görülmüş AzərTAc-ın komandasına mükafatlar təqdim olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında