Azərbaycanın Ştutqartdakı fəxri konsulu ölkəmizə qarşı aparılan kampaniyaya münasibət bildirmişdir

Azərbaycanın Ştutqartdakı fəxri konsulu Otto Hauzer dövrü mətbuata, qəzet və radiolara verdiyi müsahibələrində Almaniyanın bəzi mətbuat orqanlarının Azərbaycana münasibətdə ədalətli olmadığını diqqətə çatdırmışdır. 
O.Hauzer Azərbaycanı tənqid edənlərə etirazını bildirmişdir: "Almaniyanın 20 ildir birləşməsinə baxmayaraq, hələ də burada 100 faiz əminliklə tam demokratiyanın olduğuna heç kəs iddia edə bilməz".
O.Hauzer Azərbaycanı tənqid edən qurumları qərəzsiz olmağa və ölkəni yaxından tanımağa çağırmışdır.
Fəxri konsul azərbaycanlıların çox xoşməramlı, qonaqpərvər, vətəninə bağlı olduqları haqqında danışmış, Almaniya ilə Azərbaycan arasındakı 190 ildən artıq tarixə malik münasibətlərin olduğunu da diqqətə çatdırmışdır. O.Hauzer iki xalq arasında olan bu tarixi münasibətlərin hansısa maraqlar naminə pozulmasının qətiyyən yol verilməz olduğunu vurğulamışdır.
Bütün müsahibələrində Azərbaycanın Avropa və xüsusilə Almaniya üçün ciddi enerji tərəfdaşı olduğunu vurğulayan fəxri konsul alman hökumətindən və digər Avropa ölkələrinin rəhbərliyindən Dağlıq Qarabağ probleminin ədalətli həllində Azərbaycana dəstək olmağı çağırmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında