Fransanın "Madame Fiqaro" jurnalı Parisdə təşkil olunmuş "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" sərgisindən yazmışdır

Fransanın nüfuzlu "Le Fiqaro" qəzetinə əlavə kimi çap olunan "Madame Fiqaro" jurnalının aprelin 27-28 tarixli nömrəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə ötən ay Parisin möhtəşəm "Salomon de Rotşild" qalereyasında təşkil edilmiş "Bakıya uçuş.
Müasir Azərbaycan incəsənəti" adlı sərgidən və bu mötəbər tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakından bəhs edən "Azərbaycan Parisdə" sərlövhəli yazı dərc olunmuşdur.
Məqalədə sərgidə 21 azərbaycanlı rəssamın 100-dək əsərinin nümayiş etdirildiyi qeyd olunmuş, Azərbaycan həqiqətlərindən, mədəniyyəti və incəsənəti ilə fransız xalqını yaxından tanış etmək istiqamətində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətlərindən bəhs edilmişdir.
Londondan sonra Parisdə nümayiş etdirilən sərginin Azərbaycan xalqının zəngin mədəniyyətə malik olduğunu bir daha təsdiq etdiyini yazan müəllif Heydər Əliyev Fondunun Azərbaycan-Fransa əlaqələrinin inkişafında əvəzsiz rol oynadığını vurğulamışdır. Sərginin açılışından sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şərəfinə verilən ziyafətin isə iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyi qeyd olunmuşdur.
Məqalədə Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın, bu ölkənin tanınmış ictimai-siyasi xadimlərinin, mədəniyyət və incəsənət ustalarının sərgidə iştirakı xüsusi qeyd edilmişdir.
Jurnalda, həmçinin tədbirdən çəkilmiş çoxlu sayda fotolar da yer almışdır.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında