Zaqatala rayonunun ərazisində baş verən zəlzələlərin nəticələri Azərbaycan Prezidentinin tapşırığına əsasən aradan qaldırılır

Zaqatala rayonunun ərazisində baş vermiş zəlzələlərin nəticələri aradan qaldırılır. Daha çox zərər çəkmiş evlərin əvəzində yenilərinin inşası nəzərdə tutulur.
Zaqatalada mayın 7-də yerli vaxtla saat 9.40 radələrindən başlayaraq 4 yeraltı təkan baş vermişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, birinci zəlzələ rayon mərkəzindən 17 kilometr cənub-qərbdə yerin 10-12 kilometr dərinliyində olmuşdur. İkinci və üçüncü təkanlar saat 10.38-də və 10.40-da 4,5 və 4,3 bal gücündə qeydə alınmışdır.
Dördüncü zəlzələ isə saat 19.15-də Zaqataladan 14 kilometr cənub-şərqdə 12 ballıq cədvəl üzrə 6,0 bal gücündə baş vermişdir. İnsan tələfatı və tikililərdə ciddi dağıntılar yoxdur.
Yeraltı təkanlar Zaqatala, Balakən, Şəki, Qax, Oğuz, Mingəçevir, Gəncə, Gədəbəy, Şəmkir və Yevlaxda da hiss olunmuşdur.
Prezident İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsi və digər qəza-xilasetmə qüvvələri dərhal hadisə zonasına cəlb edilmişdir.
Təbii fəlakətlə əlaqədar fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatala rayonunun Muxax, Zəyəm və Bazar kəndlərində vəziyyətlə tanış olmuşdur. İlkin baxış nəticəsində bu kəndlərin hər birində 20-yə qədər evin zədələndiyi müəyyən edilmişdir. Bu evlərin sakinləri üçün çadırların qurulmasına başlanılmışdır. Hazırda zəlzələ nəticəsində dəymiş ziyanın miqyasının araşdırılması və nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirmişdir ki, təbii fəlakət zonasında elə bir ciddi zərər yoxdur. Lakin rayonun bəzi kəndlərində zədələnən evlər vardır, bəzi köhnə tikililərdə uçqunlar olmuşdur. Zəlzələ nəticəsində nə Zaqatalada, nə Balakəndə, nə də ki, zəlzələnin təsiri olan digər yerlərdə tələfat və yaralanan olmamışdır.
Zəlzələdən zərər çəkmiş evlərin siyahısı tutulur. Bu evlərin əvəzinə yenilərinin tikilməsi məsələsinə baxılacaqdır. Zəlzələ bölgəsində araşdırmalar davam etdirilir.
Zəlzələ ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyətində operativ müşavirə keçirilmiş, əlaqədar qurumlara lazımi tapşırıqlar verilmişdir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında