Beynəlxalq tədbir iştirakçıları Hüseyn Cavidin ev muzeyində

Hüseyn Cavid muzeyindən verilən məlumata görə, AMEA Humanitar və İctimai Elmlər Bölməsi və Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri" adlı III Beynəlxalq elmi konfransın iştirakçıları Cumhuriyet-Kitap evinin yayım yönətməni Turhan Günay və Yıldız Yayıncılık evinin redaktoru Yasemin Bayer (Türkiyə) muzeyi ziyarət etmişlər.
Muzey əməkdaşları qonaqlara muzeyin yaranma tarixi, H.Cavidin həyat və yaradıcılığı, cavidlər ailəsinin başına gətirilən fəlakətlər və onların acı taleləri haqqında ətraflı məlumat verilmiş və ekspozisiyalarla tanış etmişlər. Hüseyn Cavidin seçmə şeirləri "Məhəbbətdir ən böyük din" fransız dilində "La plusgrande religion est l'amour...", "Cavid hikməti" seçmə aforizmlər kitabları və Ərtoğrul Cavidin musiqilərindən ibarət CD qonaqlara hədiyyə olunmuşdur. Muzeyin ab-havasından xeyli duyğulanan qonaqlar öz hisslərini muzeyin xatirə kitabında yazdıqları xoş sözlərlə ifadə etmişlər.

{nl}

A.Ülvi, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında