Xəzər rayonunda əsgər və zabit heyəti ilə görüş

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yerləşən N saylı hərbi hissənin əsgər və zabit heyəti ilə görüş təşkil edilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, Milli Məclisin deputatı Rauf Əliyev, YAP rayon təşkilatının sədri Namiq Əhmədov, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Ordudan Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin rəhbəri Emin Həsənli, Silahlı Qüvvələr Veteranları Şurasının sədri Nüsrət İbrahimov və müharibə veteranları iştirak etmişlər. Gələn qonaqlar hərbçilər qarşısında çıxış etmişlər. Natiqlər sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğunun müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən olduğunu, ölkəmizin iqtisadi qüdrətinin artmasının sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkanlar yaratdığını bildirmişlər. Qeyd edilmişdir ki, dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açmışdır. Tədbirdə Milli Məclisin deputatı Rauf Əliyev AFFA tərəfindən hərbi hissəyə xatirə hədiyyələri təqdim olunmuşdur. Tədbir bayram konserti ilə davam etmişdir.

{nl}

Leyla QURBANOVA, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında