Akkord Korporasiyası xocalılar üçün məktəb binası inşa etdi

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin öz yurd-yuvasından didərgin düşmüş Xocalı sakinlərinə qayğısı davam edir. Şuşa şəhərinin işğalı ərəfəsində Korporasiyanın həyata keçirdiyi tədbir Sabunçu rayonunun Qızılqum qəsəbəsində məskunlaşmış xocalılar üçün yeni məktəb binasının açılışı ilə bağlı olub.
Uzun illər ərzində yararsız vəziyyətdə olan köhnə məktəbin yaxınlığında yeni məktəb binasının inşaat işlərinə Korporasiya iki ay bundan əvvəl başlayıb. Qısa müddət ərzində ümumi sahəsi 225 kvadratkilometr olan 8 sinif otağı, bir kitabxana və müəllimlər otağı tikilərək başa çatdırılıb. Bununla yanaşı, ərazidəki köhnə məktəb binasında da təmir işləri aparılıb, ümumi sahəsi 2400 kvadratkilometrə yaxın olan məktəbyanı sahədə yaşıllaşdırma və abadlıq işləri görülüb. Yeni məktəb binasını tamamladıqdan sonra korporasiya sinif otaqlarının partalar, yazı taxtası və s. məktəb avadanlıqları ilə təminini də həyata keçirib. Ümumilikdə, məktəbin tikintisinə Korporasiya tərəfindən 100 min manata yaxın vəsait sərf olunub.
Mayın 5-də korporasiyanın rəsmiləri, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Milli Məclis deputatı Elman Məmmədov, Xocalı rayon Təhsil Şöbəsinin müdiri Məhəmməd Şükürov, Xocalı şəhər icra nümayəndəsi Sovet Allahverdiyev və Xocalı şəhər 2 saylı tam orta məktəbin müəllim və şagird kollektivi məktəb binasının açılış mərasimində iştirak ediblər. Açılış mərasimində çıxış edən natiqlər "Akkord" Korporasiyasının baş direktoru Xaqani Quluzadəyə və bütün "Akkord" kollektivinə minnətdarlıqlarını bildirdilər.
Xocalı şəhər 2 saylı tam orta məktəbin direktoru Fiqurə Rüstəmova çıxış edərək onlara göstərilən bu etimada təhsildə əldə edəcəkləri nailiyyətlərlə cavab verəcəklərini bildirdi. Şuşa şəhərinin işğalı ərərfəsində belə bir addımın rəmzi məna daşıdığını bildirdi.

{nl}

"Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında