«İrəli»nin yeni sədri seçildi

Dünən "İrəli" İctimai Birliyinin II hesabat-seçki konfransında təşkilatın yeni sədri seçilib. Heydər Əliyev adına Sarayda baş tutmuş seçki konfransında səs çoxluğu ilə Rauf Mərdiyev "İrəli"nin yeni rəhbəri vəzifəsinə layiq görülüb. Səsvermədən öncə isə tamaşaçılara "İrəli"nin son illər həyata keçirdiyi layihələr və tədbirləri əhatə edən "İrəli 2008-2012" filmi nümayiş etdirildi. Daha sonra isə səsvermə ilə təşkilat komitəsinin üzvləri təyin edildi. Filmdən sonra çıxış edən birliyin sədri, millət vəkili Ceyhun Osmanlı "İrəli"nin cari dövr üçün fəaliyyətindən danışdı. O qeyd etdi ki, bir neçə il bundan əvvəl böyük ümidlərlə yaradılmış təşkilat öz fəaliyyəti ilə əsaslı uğurlar qazanıb. " Bunu Azərbaycan dövlətinin inkişafı üçün etdik və "İrəli"nin durmadan güclənməsinin əsas səbəbi budur. Bu təşkilat "Vətən"-deyib öndə olanların təşkilatıdır", - deyə Ceyhun Osmanlı vurğuladı. Mahir Məmmədov isə birliyin cari dövr üçün fəaliyyət hesabatı ilə çıxış etdi. İndiyə kimi görülən işlərdən, layihələrdən söz açdı. Onlar arasında gənclərin informasiya texnologiya biliklərinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər, birliyin internet televiziya və radiosunun təşkili, gənclər üçün elektron internet resurslarının yaradılması, qış və yay akademiyalarının təşkili və s. xüsusi yer tutur. Hesabat çıxışından sonra Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov "İrəli"nin fəaliyyəti barədə fikirlərini bölüşdü. O, yaradılan vaxtdan etibarən təşkilatın öz ətrafına fəal, intellektual, vətənpərvər gəncləri toplamasını yüksək qiymətləndirdi. "Bura üzv olan 20 min nəfər sadəcə siyahı deyil. Onlar öz ideyaları ilə "İrəli"ni gücləndirib və inkişaf etdiriblər. "İrəli" çoxsaylı və fəal təşkilata çevrilib. Gənclər üçün faydalı təşkilat olub və çoxsaylı sahələri əhatə edib.Öz sıralarında gəncləri biləşdirən "İrəli"nin üzvləri yetkinlik həyatına uğurla qədəm qoyub. İnanıram ki, bundan sonra da "İrəli"nin idarə heyəti inkişafına nail olacaq", - deyə nazir əlavə etdi. Azərbaycan Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə dövlətin apardığı gənclər siyasətindən söhbət açdı. Qeyd etdi ki, gənclər Azərbaycanı uğurlu gələcəyə aparan bir qüvvədir. "Sizlər böyük millətin, qədim tarixi olan bir ölkənin övladlarısınız. Sizlər Azərbaycanı inkişaf etdirən, gələcək nəsillərə təhvil verən, Azərbaycanın siyasi və iqtisadi potensialını qaldıran şəxslərsiniz. Biz də bu yolda sizinlə birlikdəyik". Dövlətin gənclər siyasəti ilə bağlı qəbul edilmiş və 2011-2015-ci illəri əhatə edən dövlət proqramından danışan E.Aslanov qeyd edib ki, Azərbaycanın gənclər siyasətində iki əsas prioritet məsələ dayanır. "Bunlardan birincisi təşəbbüskar və intellektual gənclərin yetişdirilməsidir. İkinci əsas prioritet isə gənclərin iş yerləri ilə təmin olnmasıdır. Son dövrlərdə 900 min iş yeri açılıb. Lakin bu, son deyil. Bizi tənqid edənlər var. Lakin biz onlara qarşı rahat olmalıyıq. Əgər, inkişaf varsa, mütləq bizi tənqid edəcəklər", - deyə natiq vurğuladı.
Təşkilata sədrliyinə namizədlər Nərmin Məmmədova və Rauf Mərdiyevin seçicilər qarşısında platformaları barədə çıxışlarından sonra seçki baş tutdu. Növbəti dövr üçün təşkilat sədri Rauf Mərdiyev seçildi. O, çıxışında bundan sonra da "İrəli"nin böyük əzm və təşəbbüskarlıqla gənclərin daha da inkişafı üçün çalışacaqlarını qeyd etdi. Konfransdan sonra "İrəli" fəalları axşamtərəfi Bakının Qala kəndinin girişində yerləşən "Qala Bazar" restoranında mədəni-əyləncəli tədbir təşkil etdilər.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında