Tbilisidə ulu öndər Heydər Əliyevin xatirəsi yad olunmuşdur

Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan sahəsində tikinti işləri görən şirkətlərin əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə ulu öndərin Tbilisidəki abidəsini ziyarət etmiş, önünə əklil, gül dəstələri qoymuşlar.
"Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov digər qlobal layihələr kimi, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin də ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu vurğulamışdır. Deputat qeyd etmişdir ki, Azərbaycan bu gün dünyada dinamik inkişafı, hər sahədə yüksək potensialı ilə seçilir, regionun lider dövləti nüfuzunu getdikcə möhkəmləndirir. Bütün bunlar ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurlu davamının nəticəsidir.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Qurban Nəzirov bu gün Gürcüstan paytaxtında ulu öndərin anma mərasimində iştirakından məmnun olduğunu bildirmiş və məhz Heydər Əliyev müdrikliyi sayəsində təkcə Azərbaycanda deyil, bütün bölgədə sabitliyin təmin olunduğunu demişdir. O qeyd etmişdir ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunmuş dəmir yol sisteminin inkişafına dair Dövlət Proqramına daxildir. Bununla əlaqədar yalnız Gürcüstan ərazisində deyil, həmçinin Bakı-Böyükkəsik sahəsində də əsaslı yenidənqurma işləri aparılır.

{nl}

İslam ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Tbilisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında