Nəsimi rayonunda Gül bayramı

Hər il Azərbaycanın hər yerində ümummilli liderimiz Heydər Əliyevin doğum günü böyük təntənə ilə qeyd edilir. Bir neçə ildir ki, bu əlamətdar hadisə ilə əlaqədar paytaxtımızda gül bayramları keçirilir.
Bu il Nəsimi rayonunda keçirilən Gül bayramı öz möhtəşəmliyi ilə seçilirdi. S.Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində yerləşən parkda keçirilən tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq hamını bayram münasibətilə təbrik etdi. O bildirdi ki, şərəfli ömrünü doğma xalqının xoşbəxtliyinə və canından əziz bildiyi Vətəninin çiçəklənməsinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini Azərbaycan xalqı həmişə uca tutur. Xalqımız hər il öz xilaskarının doğum gününü belə gözəl bayramla qeyd edir və bu bayram Heydər Əliyev şəxsiyyətinə doğma xalqının məhəbbət və minnətdarlıq təntənəsinə çevrilir.
Həmin gün parkda nümayiş etdirilən gül kompozisiyaları, tətbiqi sənət nümunələri, rəsm, panno və müxtəlif əl işləri hamını riqqətə gətirirdi. Həmin işlər arasında 54, 23, 19, 152 nömrəli orta məktəblərin, "Qərənfil" uşaq bağçasının, 16, 108 və 96 saylı körpələr evi-uşaq bağçalarının kompozisiyaları tamaşaçılarda xüsusi maraq doğururdu. Bu əl işləri onları yaradanların böyük istedadını göstərirdi. 5 nominasiya üzrə sərgilənən işlərə Bakı Şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyası tərəfindən baxış keçirildi.
Nəsimi rayonunun təhsil müəssisələri və H.Sarabski adına Mədəniyyət evi kollektivləri, respublikamızın tanınmış müğənniləri tərəfindən böyük konsret proqramı nümayiş etdirildi. Bir-birini əvəz edən gözəl mahnı və rəqslər hamıda əsl bayram təəssüratı yaradırdı. Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Ziyad Səmədzadə tədbirdə iştirak edirdilər. Ümummilli liderimiz Heydər Əliyevə dərin xalq məhəbbəti və ehtiramının təzahürü olan bu möhtəşəm bayram hamıya xoş hisslər bəxş etdi.
Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında