Rüşvət alan şəxslər cinayət başında yaxalanmışlar

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədrinin qanunsuz əməlləri barədə daxil olmuş əməliyyat məlumatları araşdırılmışdır. 
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, Bakı şəhər sakinindən Tibbi Sosial Ekspert Komissiyasına göndərişin verilməsi üçün 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi və əlillik dərəcəsinin təyin olunması üçün 9 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri rüşvət tələb etmişlər.
Təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinin keçirilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dərhal istintaq-əməliyyat qrupu yaradılmışdır.
Mayın 3-də keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Salamov Oktay İsgəndər oğlu Tibbi Sosial Ekspert Komissiyasına 88 nömrəli göndərişin verilməsi üçün xəstəxananın Buzovna qəsəbəsində yerləşən inzibati binasındakı xidməti otağında Bakı şəhər sakinindən 3 min manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanmışdır.
Həyata keçirilmiş digər istintaq-əməliyyat tədbirləri nəticəsində 9 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Xudaverdiyev Bayram Rafil oğlu əlillik dərəcəsinin təyin edilməsi üçün komissiyanın Mərdəkan qəsəbəsində yerləşən inzibati binasında Bakı şəhər sakinindən 3 min manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanmışdır.
Oktay Salamovun xidməti otağına baxış keçirilərkən qəzetə bükülmüş 30 ədəd 100 manatlıq əskinaslarla cəmi 3 min manat məbləğində pul və vətəndaşın adı qeyd olunmuş qeydiyyat kitabçası maddi sübut kimi götürülmüşdür.
Bayram Xudaverdiyevin xidməti otağına və üzərinə baxış keçirilərkən əynindəki pencəyin cibindən qəzetə bükülmüş 30 ədəd 100 manatlıq əskinaslarla cəmi 3 min manat məbləğində pul, həmçinin komissiyanın qeydiyyat otağına keçirilmiş baxış zamanı vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti və yaşayış yeri haqqında arayış aşkar edilərək götürülmüşdür.
Həmin faktlara görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmış və törətdikləri cinayət əməllərinə görə Oktay Salamov və Bayram Xudaverdiyev qeyd edilən maddə ilə ittiham olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında