Sabunçu rayonunda yeni su xəttinin çəkilişi yekunlaşmışdır

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakıətrafı yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. 
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsindən Maştağa qəsəbəsinədək çəkilmiş ümumi uzunluğu 11,2 kilometr olan yeni magistral su xəttinin inşası yekunlaşıb və hazırda son tamamlama işləri aparılır. Layihəyə əsasən, 5,6 kilometr uzunluğunda, 500 millimetr diametrli polietilen borularla magistral və buna paralel olaraq eyni uzunluqda 280 millimetr diametrli polietilen borularla köməkçi su xətti də çəkilərək şəbəkələrə birləşdirilmişdir. Bundan əlavə, su xətlərinin təmizlənməsi məqsədilə yuyulma və xlorlama işləri aparılmışdır. Artıq magistral xəttin bir hissəsi istismara verilmişdir. Bu da Sabunçu dairəsindən Zabrat qəsəbəsinədək olan ərazilərdəki abunəçilərə içməli suyun bu mənbədən verilməsinə imkan yaradır. İşlər tam başa çatdıqdan sonra Sabunçu, Balaxanı, I və II Zabrat qəsəbələrinə də içməli su yeni çəkilmiş xətlər vasitəsilə veriləcək. Bununla da, həmin ərazilərdə 17 min abunəçinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq.
Xatırladaq ki, indiyədək istismarda olan 500 millimetr diametrli çuqun xətt köhnəldiyindən istismar tələblərinə cavab vermirdi və içməli su təchizatında tez-tez problemlər yaranırdı. Yeni kəmər tam istismara verildikdən sonra köhnə su xətti ləğv ediləcək.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında