Baş Dövlət Yol Polisi İdarəsi "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar sürücülərə müraciət edib

Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, bu ay Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar paytaxt küçələrində yarana biləcək avtomobil sıxlığını nəzərə alaraq istər rayonlardan Bakıya gələn, istərsə də Bakıda qeydiyyatda olan avtomobil sahibləri şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər. 
K. Əliyev həmçinin müsabiqə ilə əlaqədar yük avtomobillərinin paytaxtda girişinə məhdudiyyət qoyulacağını bildirib. Bunun üçün hüquqi şəxslərə müraciət edilib. Müraciətdə hüquqi şəxslərdən mayın 8-dən sonunadək yük avtomobillərinin Bakıya girişinin maksimum səviyyədə məhdudlaşdırılması ilə bağlı tədbirlər görmələri xahiş olunub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında