"Eurovision-2012" mahnı müsabiqəsinin ən qocaman iştirakçısı 76 yaşını Los Ancelesdə qeyd etmişdir

"Eurovision-2012" mahnı müsabiqəsinin Böyük Britaniyadan olan ən yaşlı iştirakçısı Engelbert Hamperdink musiqi karyerasının məhz bu çağında ölkəsini təmsil etmək şərəfinə nail olmaqdan qürur duyduğunu bildirmişdir.
AzərTAc eurovision.az saytına istinadla xəbər verir ki, mayın 2-də 76 yaşını ABŞ-ın Los Anceles şəhərində qeyd edən Engelbert Hamperdink Azərbaycana gəlməyə hazırlaşır.
"Bakıya gedəcəyim üçün çox məmnunam. Səbirsizliklə bu səfəri gözləyirəm", - deyən Böyük Britaniya təmsilçisi "Baku Crystal Hall"ın səhnəsindəki ilk məşqini möhtəşəm final şousundan bir həftə əvvəl, mayın 19-da edəcəkdir.
Əfsanəvi müğənni sözünə davam edərək demişdir: "Baku Crystal Hall"ın səhnəsinə çıxmaq üçün özümdə böyük enerji hiss edirəm. Fikrimcə, Bakı şousu müsabiqə iştirakçılarına və tamaşaçılara özündən əvvəlkilərdən daha çox zövq verəcəkdir. Şadam ki, musiqi karyeramın yüksəliş dövründə ölkəmi bu müsabiqədə təmsil edirəm. 45 illik sənət təcrübəm vardır. Mən onu şounun gənc iştirakçıları ilə bölüşməyə hazıram".

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında