DSMF ilə Almaniya Pensiya Sığortası İdarəsi arasında əməkdaşlıq

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyəti Almaniyada təşkil olunmuş beşgünlük səfərdən qayıtmışdır.
Fondun rəhbər şəxslərinin və aparıcı mütəxəssislərinin daxil olduğu nümayəndə heyətinin bu səfərdə əsas məqsədi Avropada ən nüfuzlu pensiya orqanlarından biri hesab edilən Almaniya Pensiya Sığortası İdarəsi ilə DSMF arasında davamlı xarakter alan əməkdaşlığın gələcək perspektivlərini müzakirə etmək və bir sıra qarşılıqlı maraq doğuran məsələlərlə bağlı iş təcrübəsini öyrənmək olmuşdur. Səfər çərçivəsində Almaniya Pensiya Sığortası İdarəsinin iş prosesi ilə yaxından tanış olan DSMF nümayəndə heyətinə məcburi dövlət sosial sığorta haqlarının toplanması sahəsində işin təşkili, sosial sığorta haqlarının toplanmasında işəgötürənlər üzərində nəzarət, bu sahədə aparılan islahatların icmalı barədə məlumat verilmişdir. Eyni zamanda, nümayəndə heyəti Almaniya Pensiya Sığortası İdarəsinin aparatının işinin təşkili, iş prosesinin optimallaşdırılması, kadrların idarə olunması, seçilməsi, inkişaf etdirilməsi, planlaşdırılması, ictimaiyyətlə əlaqələr və başqa bu kimi istiqamətlərdə iş təcrübəsi ilə tanış olmuşdur.
Səfər zamanı Almaniya Pensiya Sığortası İdarəsi ilə DSMF arasında əldə olunmuş əməkdaşlığın uzadılmasına dair xüsusi mövzular da ətraflı müzakirə edilərək əlaqələrin gələcək inkişafı planı müəyyənləşdirilmişdir.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə Almaniya Pensiya Sığortası İdarəsi arasında əməkdaşlıq uzun müddətdir ki, davam edir və bu əməkdaşlıq çərçivəsində bir neçə birgə tədbirlər təşkil olunmuş, iş təcrübəsinin öyrənilməsi məqsədilə qarşılıqlı səfərlər həyata keçirilmişdir. Fondun ictimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, bundan başqa, iki qurum arasında 2008 -2009-cu illər üzrə əməkdaşlıq və dostluq münasibətlərinin möhkəmləndirilməsini nəzərdə tutan sazişin icrası uğurla gercəkləşdirilmişdir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında