Azərbaycan ombudsmanı Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar beynəlxalq qurumlara bəyanat ünvanlamışdır

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar BMT-nin Baş Katibinə, bu qurumun Təhlükəsizlik Şurasına, İnsan Hüquqları üzrə Ali Komissarına, YUNESCO-nun Baş direktoruna, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına bəyanat ünvanlamışdır.
Bəyanatda Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 mindən artıq azərbaycanlının həlak olduğu, 50 min nəfərin yaralandığı, əlil olduğu, 4 min 500 nəfərin itkin düşdüyü, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi qeyd olunmuşdur. Sənəddə Şuşa şəhərinin işğal olunmasından 20 il keçdiyi, işğaldan öncə 289 kvadrat kilometr ərazisi olan şəhərdə 24 min 900 nəfər əhalinin yaşadığı, işğaldan sonra orada Azərbaycana məxsus tarixi, maddi-mədəniyyət abidələrinin ermənilər tərəfindən məhv edildiyi göstərilmişdir.
Bildirilmişdir ki, ermənilər zəbt olunmuş Azərbaycan ərazilərində soydaşlarımızın qəbirlərini sökür, mərmər daşları, qəbirüstü abidələri qarət edirlər. İşğal zonasındakı meşələr talan olunur, təbiətin incisi sayılan çinarlıqlar kütləvi şəkildə doğranıb aparılır, məhv edilir.
Bəyanatda hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvensiyasının və Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında Paris Konvensiyasının müddəalarını kobudcasına pozan Ermənistan Respublikasının Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğul olduğu vurğulanmışdır.
İşğalçılıq və terrorçuluq siyasətinin dünya ictimaiyyətinin gözü qarşısında baş verdiyini xatırladan Azərbaycan ombudsmanı dünya birliyini, nüfuzlu beynəlxalq təşkilatları Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, terror siyasətinə, insan hüquqlarının kütləvi şəkildə pozulmasına son qoyulmasına, yüz minlərlə qaçqın və məcburi köçkünün öz yurdlarına dönməsi və onların hüquqlarının bərpa edilməsi istiqamətində səylərini artırmağa çağırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında