Ümummilli liderin xatirəsi zaman-zaman yaşayacaq

Binəqədi Rayon İcra Hakimiyyəti YAP Binəqədi rayon təşkilatı ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə "Heydər Əliyev və müstəqil müasir Azərbaycan" mövzusunda dəyirmi masa keçirmişdir. Toplantı iştirakçıları öncə Fəxri Xiyabana gələrək, dünya şöhrətli siyasi xadimin xatirəsini ehtiramla yad edib məzarı önünə əklil və gül-çiçək dəstələri qoymuşlar. Sonra onlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anmış, məzarı üstünə tər gül-çiçək düzmüşlər.  
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının akt zalında davam etdirilən tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq bildirdi ki, 2003-cü ildən başlayaraq YAP ümummilli liderin zəngin irsinin öyrənilməsi və təbliği məqsədilə hər il onun anadan olduğu gün ərəfəsində çoxsaylı tədbirlər, həmin günə həsr edilmiş konfranslar keçirir. Bu gün də belə toplantılardan birinə yığışaraq Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edirik. Ötən əsrin 90-cı illərini-siyasi durumun son həddə çatdığını, bunun nəticəsində gərgin və təhlükəli vəziyyət yaşandığını yada salan X. İsgəndərov dedi:
-Dünyanın görkəmli simaları arasında özünəməxsus yer tutan və XX əsr dünya siyasətinin nəhənglərindən hesab edilən ulu öndərimiz sağlığında ikən fenomen bir siyasətçi kimi tanınmış və ən ağır vəziyyətlərdə belə qeyri-adi siyasi təfəkkürü ilə çıxış yolu tapan mahir bir strateq kimi milyonların rəğbətini və sevgisini qazanmışdı. Millət üçün xilaskarlıq missiyası ilə hakimiyyətə qayıdan dahi Heydər Əliyevin xatirəsi onu tanıyanların hər birinin qəlbində zaman -zaman yaşayacaq. İllər keçdikcə ümummilli liderə olan əbədi sevgi heç vaxt tükənməyəcək, onun necə bacarıqlı, ağıllı, iti yaddaşa malik olduğu qədər də güclü dövlətçilik qabiliyyəti əfsanə kimi dillərdə dolaşacaq.
Yarandığı gündən indiyədək saflığını, bütövlüyünü qoruyub saxlayan, minlərlə insanı irəli aparan, müxtəlif həmlələrə rəğmən sarsılmayan bu möhtəşəm partiyanın yaradıcısı Heydər Əliyev haqqında danışmaq, onun fəaliyyət coğrafiyasının konturlarını çəkmək elə də asan deyil. Təkcə bir faktı demək kifayətdir ki, o dövrdə respublika rəhbərlərinin qətiyyətsizliyi nəticəsində ölkə idarə olunmaz həddə çatmışdı. Ölkə ərazisinin parçalanma təhlükəsi yarananda ulu öndər olmasaydı və öz xilaskarlıq missiyasını yerinə yetirməsəydi indi biz hansı Azərbaycandan söz aça bilərdik? Biz bu azad, müstəqil ölkədə yaşadığımız hər gün üçün məhz ulu öndərə minnətdar olmalıyıq.
Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov çıxış edərək bu günlər dünyanın azərbaycanlılar yaşayan hər yerində ümummilli liderin xatirəsinin geniş şəkildə yad edildiyini qeyd etdi. O, ümummilli liderlə bağlı söz deməyin məsuliyyətli olduğu qədər də şərəfli olmasından söz açdı.
Azərbaycan Respublikası Milli Məclisinin üzvü Rəfael Cəbrayılov bildirdi ki, xalqımızın yetişdirdiyi ən nadir şəxsiyyət və qüdrətli dövlət xadimi kimi xalqın qəlbində iz qoyan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün özünün müsbət nəticələrini verməkdədir. O buna sübut kimi artıq Azərbaycanın müasirləşdiyini və modernləşdiyini vurğuladı.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı gənclər birliyi idarə heyətinin üzvü, Kunq-fu üzrə 4 qat dünya çempionu Ceyhun Xalıqlı da öz növbəsində Azərbaycanın dahi oğlu Heydər Əliyevin idmana da xüsusi diqqət yetirdiyini və bunun nəticəsində ölkə idmançılarının xarici səfərlərdən qalibiyyətlə dönmələrini diqqətə çatdırdı.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Nəbi Xəlilov "10 May" gənclər təşkilatının bir qrup üzvünün mükafatlandırdı və Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul olunmuş gənclərə üzvlük vəsiqələrini təqdim etdi. O, bildirdi ki, dünyanın ən nəhəng siyasətçiləri ilə müqayisə edilə bilən Heydər Əliyev canı, sağlamlığı bahasına Azərbaycanı parçalanma təhlükəsindən xilas etdi, onu müstəqil dövlət olaraq inkişaf etdirdi, regionda lider dövlətə çevrilmək üçün baza yaratdı. Bu gün həyatın hansı sahəsindən danışırıqsa orada mütləq ulu öndərin izlərini, işini görərik.
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov rayon məktəbliləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin və tələbələr arasında keçirilmiş bilik olimpiadasının qaliblərini mükafatlandırdı.

{nl}

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında