Azərbaycan nümayəndə heyəti BMT-nin Cinayətlərin qarşısının alınması və cinayət mühakiməsi üzrə Komissiyasının sessiyasında iştirak etmişdir

Avstriyanın Vyana şəhərində BMT-nin Cinayətlərin qarşısının alınması və cinayət mühakiməsi üzrə Komissiyasının 21-ci sessiyası keçirilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, dünyanın 111 dövlətindən 800-dək nümayəndənin iştirak etdiyi tədbirdə miqrant və məhkumların hüquqlarının müdafiəsi, transmilli mütəşəkkil cinayətkarlıq, o cümlədən korrupsiya, terrorçuluq və narkotik vasitələrin qanunsuz dövriyyəsi, bu sahədə qanunvericilik və institusional vəziyyət, müxtəlif ölkələrin təcrübəsi və bir sıra digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır. Tədbir iştirakçılarına korrupsiya və terrorçuluğa qarşı mübarizə, habelə miqrasiya sahəsində Azərbaycan Respublikasında həyata keçirilən kompleks tədbirlər barədə geniş məlumat verilmişdir.
Sessiyada Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsi müdirinin müavini Gülnar Rəsulova, Azərbaycan Respublikası Baş Prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi Orxan İsayev, həmçinin Ədliyyə, Milli Təhlükəsizlik, Xarici İşlər, Daxili İşlər nazirliklərinin və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri iştirak etmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında