"Eurovision"un təşkilati məsələlər üzrə rəhbəri Sietse BAKKER: "Baku Crystal Hall" həqiqətən də möhtəşəmdir"

"Bu ərazidə bir bina belə "Baku Crystal Hall"ın tikintisi səbəbi ilə sökülməmişdir"
"Dənizdən çəkilən "Baku Crystal Hall" həqiqətən də möhtəşəmdir!" APA-nın məlumatına görə, bu fikirləri "Eurovision" mahnı müsabiqəsinin təşkilatı məsələlər üzrə rəhbəri (event supervisor) Sietse Bakker "facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb. Hazırda Bakıda olan təşkilati məsələlər üzrə rəhbər "Eurovision-2012"nin keçiriləcəyi "Baku Crystal Hall"ın Xəzər dənizindən fotosunu yerləşdirərək fikirlərini bu cümlə ilə ifadə edib.
S. Bakker ərazidə sökülən evlərlə bağlı sualları isə belə cavablandırıb: "Buradan hamıya deyirəm ki, bu ərazidə bir bina belə "Baku Crystal Hall"ın tikintisi səbəbilə sökülməyib. İnsanlar 2009-cu ildən bilirdilər ki, Bakıda dairəvi yolunun keçəcəyi ərazidə yaşayırlar".
Sözügedən fotonun aşağısından isə çoxsaylı xarici vətəndaşlar "Baku Crystal Hall"ın görünüşünün möhtəşəm olduğunu bildirərək, Azərbaycana bu hazırlığa görə təşəkkürlərini bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında