Yük və sərnişin vaqonlarının əsaslı təmirini həyata keçirəcək zavodların tikintisinə hazırlıq görülür

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovdan aldığımız məlumata görə, dəmir yolunda istismar olunan yük və sərnişin vaqonlarının əsaslı bərpa təmirini həyata keçirmək üçün gələcəkdə ölkəmizdə iki zavodun tikintisi nəzərdə tutulur. Bununla bağlı yerli və xarici şirkətlər öz xidmətlərini təklif edirlər.
Dünən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin rəhbərliyi ilə İsveçrənin "Stadler Rail" şirkətinin nümayəndə heyəti arasında görüş keçirildi. "Stadler Rail" şirkətinin MDB dövlətləri üzrə kommersiya direktoru Mattias Şter məlumat verərək bildirmişdir ki, 1942-ci ildən fəaliyyət göstərən şirkətin əsas inkişaf dövrü 1989-cu ildən başlayır. 4500 işçisi olan şirkətin İsveçrə, Almaniya, Polşa və digər ölkələrdə vaqonqayırma zavodları fəaliyyət göstərir. Hazırda dünyanın 13 ölkəsinin dəmir yolunda "Stadler Rail" şirkətinin istehsalı olan sərnişin qatarları, xüsusi vaqonlar, tramvaylar və manevr teplovozları istismar olunur.
Görüş iştirakçılarına "Stadler Rail" şirkətinin istehsalı olan sərnişin qatarlarını, zavodların iş prosesini əks etdirən video-rolik təqdim olundu.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin rəisi Elyar Muradov qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün ikitərəfli görüşlərin bundan sonra da davam etdiriləcəyini bildirdi.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında